Bütün xəbərlər
18 sentyabr, 17:56

Sentyabrın 18-də Bakı Slavyan Universitetində (BSU) Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının, BSU-nun, Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH), Nəsimi Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə “Azərbaycanda Dövlət Suverünliyi Günü” mövzusunda “dəyirmi masa” təşkil edilib.

Bu barədə “Azərbaycan müəllimi”nə BSU-dan məlumat verilib.

Bildirilib ki, tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski, YAP-ın Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi RİH-in başçısı vəzifəsinin səlahiyyətlərini icra edən, RİH başçısının müavini Zahid Xəlilov, universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

İlk olaraq tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.

“Dəyirmi masa” Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü,suverenliyi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra "Konstitusiya və Suverenlik İli " nə həsr olunan videoçarx nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev  Azərbaycan tarixinin keçmişinə, eləcə də bu gününə nəzər salaraq bildirib ki, tariximizə qızıl hərflərlə yazılmış Suverenlik gününü qeyd etmək və bayrağımızın bütün ərazilərimizdə dalğalanmasının şahidi olmaq hər kəsə böyük qürur hissini yaşadır.

2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan azadlıq mübarizəsinin nəticələri ölkəmizin suverenliyinin bərpasına gətirib çıxardığını qeyd edən rektor bildirib ki,  Azərbaycan tarixinə nəzər saldıqda əslində müstəqilliyin bərpa dövrünə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə başlanılıb. O, bildirib ki, 2020-ci ildən etibarən torpaqlarımızın işğaldan azad olunması prosesinin Azərbaycanın tarixində mühüm dönüş nöqtəsinə çevrildi. Xüsusilə Zəngilan rayonunun azad edilməsi ilə uzun illərdən sonra ilk dəfə, bütün qonşu sərhədlər üzərində tam nəzarəti bərpa edilib və bu tariximizin yeni bir səhifəsinin başlanğıcı oldu.

Rektor çıxışında dövlətçilik kontekstində suverenliyə nəzər salıb Prezident İlham Əliyevin çıxışına istinad edərək bildirib ki , artıq Azərbaycan Respublikasının Konstitusiyası, qanunvericiliyi, suverenliyi bütün torpaqlarımızda təsbit olunub.

Həmçinin A.Nağıyev bildirib ki, bu gün Böyük Qayıdış çərçivəsində Qarabağa, Şərqi Zəngəzura əhalinin geri qayıdışı ilə yanaşı, Azərbaycanın əzəli torpaqlarına, mədəniyyətinə, tarixinə və abidələrinə sahib çıxaraq yeni bir cəmiyyət qurulur, yeni şəhərlər salınmaqla yanaşı, suverenliyinin tərkib hissəsi olan digər torpaqlara- Qərbi Azərbaycana  yeni baxış da formalaşdırılır. Çünki Qərbi Azərbaycan əsrlər boyu milli-mənəvi dəyərlərimizin daşıyıcısı olmuş, Azərbaycan xalqının uzun müddət yaşadığı, tarixən xalqımıza məxsus olan torpaqlardır.

Milli-mənəvi dəyərlər kontekstində suverenliyin  verdiyi ən mühüm məsələlərdən biri milli kimlik məsələsi olduğunu qeyd edən A.Nağıyev Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin və ideologiyasının Qarabağ üçün,  inkişaf edən və dünyada söz sahibinə çevrilən bütöv Azərbaycan üçün bir olmağı, vahid dəyərləri bölüşməyi, bir yumruq kimi birləşməyi öyrətdiyini qeyd edib.

Anar Nağıyev bildirib ki, Azərbaycan Respublikasının suverenliyinin təmin olunması ilə  Cənubi Qafqaz  geosiyasi strukturunu dəyişərək Qafqazın daha böyük bir regionun – Yaxın Şərqin tərkib hissəsi olduğunu formalaşdırmağa başlayıb. Bu gün Azərbaycanın dünyada söz sahibi olduğunu qeyd edən rektor Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni bir müstəviyə yüksəldiyini diqqətə çatdırıb. Çıxışında rektor vurğulayıb ki, Vaşinqtonda imzalanmış tarixi sənəd bu hadisənin nə qədər mühüm əhəmiyyət kəsb etdiyini və  suverenliyin təkcə regional geosiyasi strukturu dəyişdirməklə deyil, eyni zamanda ölkəmizin iqtisadiyyatını da tamamilə yeni bir müstəviyə çıxarılıb.

Hər bir vətəndaşın üzərinə düşən missiyaya toxunan A.Nağıyev Azərbaycanın tarixi, azərbaycançılıq məfkurəsinin təbliği, tədqiqi və gələcək nəsillərə ötürülməsi istiqamətində böyük məsuliyyət düşdüyünü və BSU-nun da  bu istiqamətdə fəal iştirak etdiyini bildirib. O,  “Konstitusiya və Suverenlik ili” çərçivəsində BSU mindən çox gənci əhatə etməklə ölkənin müxtəlif bölgələrində, eləcə də Bakıda rektorun gənclərlə görüşləri təşkil olunduğunu, bundan əlavə Avropada – Albaniya və Bolqarıstanda “Azərbaycan: regional lider və etibarlı tərəfdaş” mövzusunda əcnəbi tələbələr üçün mühazirələr oxunduğunu qeyd edib.

Tədbirdə Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski Konstitusiyanın tarixi barədə, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov müstəqilliyə gedən yolun 30 illik inkişaf mərhələləri barədə, RİH başçısının müavini Zahid Xəlilov Suverenlik Gününün əhəmiyyəti barədə, millət vəkili, BSU-nun Roman-German dilləri kafedrasının müdiri Sevinc Fətəliyeva Azərbaycanın qazandığı yeni reallıqlar barədə çıxış ediblər. BSU-nun tələbəsi Fatimə Bağırzadə isə gənclərin üzərinə düşən vəzifələrə dair fikirlərini bölüşüb.

Tədbirin sonunda partiyaya yeni üzv olan bir qrup şəxsə partiya vəsiqələri təqdim olunub və Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

1 /5

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.