Bütün xəbərlər
25 iyun, 16:12

İyunun 25-də Elm və Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə “Mirasa sahibik: Qərbi Azərbaycan Konsepsiyasının təbliğində gənc müəllimlərin rolu” adlı forum keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən forumda dövlət rəsmiləri, millət vəkilləri, Qərbi Azərbaycan İcmasının üzvləri, təhsil ictimaiyyətinin nümayəndələri və 300-dən çox müəllim iştirak edib. 

Forum Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Forumda çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı siyasi xətt və yanaşmasının gənclərə aşılanması müsbət və effektiv addımdır. Firudin Qurbanov vurğulayıb ki, Qayıdış konsepsiyası yalnız yaşayış infrastrukturuna, əvvəlki həyat şəraitinə qayıtmaq deyil, həm də tarixi yaddaşın, mədəni irsin qorunması deməkdir. 

Təhsildə milli yaddaşın formalaşdırılması məqsədilə şagirdlər arasında keçirilən maarifləndirmə işlərinə toxunan nazir müavini bildirib ki, təhsilalanlar Azərbaycanın əzəli torpaqları haqqında müfəssəl məlumatlara sahib olmalı, onu gələcək nəsillərə ötürməlidirlər. Gənclər Qərbi Azərbaycana Qayıdış missiyasının əsas qüvvələridir. Təhsil yalnız bilik və bacarıqlardan ibarət olmamalı, həm də şəxsiyyəti, vətəndaşı formalaşdıran, cəmiyyəti birləşdirən mənəvi və əxlaqi dəyərləri də əhatə etməlidir. Şagirdlərin tərbiyəsi anlayışı elə genişləndirilməlidir ki, bu tərbiyə prosesi vətənpərvərlik və vətəndaşlıq hissinin, xalqın mədəni irsinə və ənənələrinə ehtiramlı münasibətin formalaşdırılmasına yönəlsin. Tarixi vətənpərvərlik kökləri nə qədər dərin olsa, xalq vətənpərvərliyinin təməli də bir o qədər güclü və möhkəm olar. 

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli bildirib ki, bu gün Qərbi Azərbaycana qayıdış ideyası tarixi ədalətin bərpasını hədəfləyən bir ideyadır. Qayıdış ideyası sadəcə bir arzudan ibarət deyil, bu, milli iradənin və tarixi ədalətin təntənəsidir. Əziz Ələkbərli qeyd edib ki, bu ideyanın həyata keçirilməsində təhsil müəssisələrinin üzərinə böyük vəzifə düşür. Biz milli dəyərlərə sahib bir gənc nəsil yetişdirməliyik. Çünki milli dəyər sahibi olmayan insanın nə özünə, nə də cəmiyyətə faydası olar. Bu baxımdan gənc müəllimlərin rolu xüsusilə önəmlidir. 

Çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova da öz növbəsində Qərbi Azərbaycana Qayıdış Konsepsiyası istiqamətində gənc müəllimlərin üzərinə düşən vəzifələrdən danışıb və planlaşdırılan layihələrə toxunub.  

Rəsmi açılış mərasimindən sonra forum öz işini panellərlə davam etdirib. 

“Ali təhsil və elmi tədqiqatlarda Qərbi Azərbaycan” mövzusuna həsr olunmuş I panelə moderatorluğu ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə edib. Müzakirələrdə Milli Məclisin Gənclər və idman komitəsinin və QAİ-nin Gənclər Şurasının sədri Şahin İsmayılov, QAİ-nin Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Nazim Mustafa və Elm üzrə prezident mükafatçısı Elnur Həsənov iştirak ediblər.

II panel “Ümumi təhsildə Qərbi Azərbaycan” mövzusuna həsr olunub. Moderator qismində çıxış edən Pərvinə Qədimova ilə yanaşı paneldə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu, Təhsil İnstitutunun direktor müavini Fuad Çıraqov, Bakı şəhəri 281 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Flora Osmanova və 163 nömrəli tam orta məktəbin tarix müəllimi Ramil Tanrıverdi çıxış ediblər.
 
Ardınca “Qərbi Azərbaycana qayıdış” olimpiadası haqqında videoçarx nümayiş etdirilib və müsabiqənin cari il üzrə qalibləri mükafatlandırılıblar. 

Tədbir bədii hissə ilə davam edib.  

Forumun yekununda tədbirin qətnaməsi səsləndirilib və kollektiv foto çəkdirilib.

1 /20

Şərhlər

Xəbər lenti

17 avqust, 12:19

Ekspert: Müəllimlərdən əvvəl onları hazırlayan müəllimlər sertifikasiya olunmalıdır

16 avqust, 12:45

Qarabağ Universiteti “Enactus Azərbaycan” Milli Yarışının qalibi olub

16 avqust, 12:40

“Qafqazinfo” 15 yaşını qeyd edir

16 avqust, 12:28

BANM-in 34 məzunu Dövlət Proqramına qəbul olunub

16 avqust, 11:07

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir 

15 avqust, 23:17

Gəncə məktəbliləri "AROVC 2025" yarışının qalibi olublar

15 avqust, 18:59

ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib

15 avqust, 18:16

Peşə təhsili üzrə boş qalan plan yerlərinə tələbə qəbulunun vaxtı açıqlandı 

15 avqust, 18:10

Peşə təhsili müəssisələrinə qəbul imtahanının nəticələri AÇIQLANDI 

15 avqust, 17:16

Yerdəyişmə imtahanla aparılan lisey və gimnaziyalara qəbul başlayır

15 avqust, 17:02

SDU ilə Bayburt Universiteti arasında əməkdaşlıq qurulur

15 avqust, 16:57

“Mərkəzi Asiya+ Akselerasiya” proqramı çərçivəsində “bootcamp” keçirilir

15 avqust, 16:40

Stenford araşdırması: Müəllimlər süni intellektə “tədris tərəfdaşı” kimi baxırlar

15 avqust, 16:21

Tələbələr sahibkara çevrilirlər – Qəbələdə başlayan layihə Bakıda davam edəcək

15 avqust, 15:36

Təhsilə ayrılan investisiya açıqlanıb

15 avqust, 14:54

Hansı universitetlər müəllimlik ixtisaslarına qəbulu dayandırdı? 

15 avqust, 14:50

Ən bahalı universitetlərimiz: illik təhsil haqqı nə qədərdir? – SİYAHI

15 avqust, 14:11

Ali məktəblərdə pedaqoji ixtisasların təhsil haqları nə qədər artıb? – ARAŞDIRMA

15 avqust, 14:02

Gəncədə beynəlxalq şahmat festivalı keçiriləcək

15 avqust, 13:35

Türkiyə III yerdə: 25 DP iştirakçısı təhsil üçün bu ölkəni seçib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.