
Davamlı olaraq hədəfə alınmaq müəllimlərin psixoloji durumuna da təsir edir.
“Azərbaycan müəllimi” APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsində deputat Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, son günlər davamlı olaraq Azərbaycan mətbuatında müəllimlərlə bağlı yazılar gedir: “Bölgələrdən birində müəllimə üzük bağışlanması və s. hadisələr olub. Mətbu orqanlar müəllimin nüfuzunu qorumalıdır. Müəllim qaydalara uyğun davranmalıdır. Bu gün bizim cəmiyyət müəllimə yüklənib, davamlı olaraq müəllim hədəfə alınır, bu, müəllimin psixoloji durumuna da təsir edir. Müəllim rüşvət almamalıdır, qaydaları pozmamalıdır. Son hadisə bir daha göstərdi ki, bəzi təşəbbüslər valideynlər tərəfindən olur. Valideynlər də bu təşəbbüslərdən uzaq olmalıdır. Biz heç bir neqativin olmasını istəmirik. Amma neqativ hal tək məktəbdədirmi? Bu cür müzakirələr mənfi nəticələrə aparır”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər