Bütün xəbərlər
11 avqust, 13:58

“IV ixtisas qrupuna sənəd verənlərin sayının digər ixtisas qrupları ilə müqayisədə az olmasına baxmayaraq, ən gərgin müsabiqə vəziyyəti məhz bu qrupdadır”.

“Azərbayan müəllimi” xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə abituriyentlərə videomüraciət zamanı deyib. 

O bildirib ki, I və III ixtisas qruplarına sənəd verənlərlə müqayisədə IV qrupun abituriyentlərinin nəticələri daha yüksəkdir:
“Hazırda imtahanın ikinci mərhələsi üzrə 100-dən az bal toplamayan və ümumi balları 200-dən aşağı olmayan abituriyentlərin sayı 4 550 nəfərdir. IV qrupda isə 4 732 plan yeri təqdim olunub. Lakin bu o demək deyil ki, hər bir abituriyent öz istədiyi ixtisasa qəbul olacaq. Çünki 4 550 nəfərdən təxminən 3 000, bəlkə də, 4000 nəfəri yalnız “Tibb” ixtisasına qəbul olmaq məqsədilə bu ixtisas qrupuna sənəd verir”.

DİM sədri bildirib ki, bu qrup üzrə 600 baldan yuxarı nəticə göstərənlərin sayı 1000-ə yaxınlaşıb: “Fikir verin, müsabiqəyə buraxılanların sayı 4 550 nəfərdir və onların təxminən 968 nəfəri 600 baldan yuxarı nəticə göstərib. Bu, çox yaxşı rəqəmdir və istedadlı uşaqlarımızın olduğunu göstərir. Eyni zamanda, 500 baldan yuxarı nəticə göstərənlərin sayına da nəzər salaq. IV ixtisas qrupunda ümumilikdə 4 550 nəfər müsabiqəyə qatılıb və onların təxminən 2135 nəfəri 500 baldan yuxarı nəticə əldə edib”. 

O, tibb sahəsini seçən abituriyentlərə müraciət edib: “Onlar bu qrupdakı universitetlərin digər ixtisaslarına da diqqət yetirsinlər və fərqli ixtisas variantlarını nəzərdən keçirsinlər. Çünki burada yeni ixtisaslar mövcuddur və ola bilsin ki, ənənəvi ixtisaslardan fərqlənirlər. Məsələn, ənənəvi ixtisaslar sırasında stomatologiya var, lakin yeni ixtisaslar da əlavə olunub, bunlar ictimai səhiyyə, fizioterapiya və tibb bacısı/qardaşı ixtisaslarıdır”.

Məleykə Abbaszadə qeyd edib ki, bu sahələr üzrə də təhsil almaq və sonradan həm fizioterapiya, həm ictimai səhiyyə, həm də tibb sahəsində müəyyən nailiyyətlər əldə etmək mümkündür.

Şərhlər

Xəbər lenti

1 sentyabr, 09:43

Naxçıvanın boksçuları Çində beynəlxalq turnirin qalibi olublar 

1 sentyabr, 09:36

Beynəlxalq Təhsil İcmalı – Avqust 2025

1 sentyabr, 09:31

Məktəb bazarlığı neçəyə başa gəlir?

1 sentyabr, 09:23

ADPU-nun prorektoru: Plan yerlərinin azaldılması müəllim çatışmazlığına səbəb olmayacaq

1 sentyabr, 09:19

Azərbaycanda informatika elminin banisi

30 avqust, 12:16

Xaçmaz rayonu üzrə 650 məzun tələbə oldu

30 avqust, 10:59

Azərbaycanlı Kanzas Dövlət Universitetində yüksək vəzifəyə təyin olunub

30 avqust, 09:08

“Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyat başlayıb

29 avqust, 18:28

MİQ müsabiqəsinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

29 avqust, 17:23

Mühəndislikdə zərif güc: 50 qadın “Zərif mühəndislər”lə real istehsalata addım atdı

29 avqust, 17:01

İndiyədək 59 000-dən çox təhsil krediti müqaviləsi rəsmiləşdirilib – TTKF

29 avqust, 16:59

Peşə təhsili müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi başlayıb

29 avqust, 16:52

Evdə təhsil ləğv olunmayıb – RƏSMİ AÇIQLAMA

29 avqust, 16:26

ICPC dünya finalının direktoru: Azərbaycan 6 aya hazırlıq görən ilk ölkədir – MÜSAHİBƏ

29 avqust, 15:40

ADNSU rəhbərliyi Vorvik Universitetində tədqiqat mərkəzləri ilə tanış olub

29 avqust, 14:51

ADPU-da “Mexanikada yeni trendlər” adlı elmi konfrans keçiriləcək

29 avqust, 14:47

Mil-Muğan regionunun 41 məktəbində tikinti və təmir işləri aparılır

29 avqust, 14:33

Region məktəbinin bütün məzunları tələbə oldu

29 avqust, 14:20

Lisey və gimnaziyalara II mərhələ üzrə qəbul nəticələri AÇIQLANDI

29 avqust, 14:08

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə imtahan keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.