Bütün xəbərlər
21 aprel, 10:41

“Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir” adlı esse müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Bu barədə BŞTİ-dən “Azərbaycan müəllimi”nə məlumat verilib.

Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı və Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) dəstəyi ilə keçirilən müsabiqə “Konstitusiya və Suverenlik İli”nə həsr olunub.

Mükafatlandırılma tədbirində Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, Nəsimi RİH başçısının müavini Gülarə Verdiyeva, BŞTİ-nin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Günay Qurbanova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev iştirak ediblər.

Əvvəlcə mərkəzin “Təsviri sənət və dizayn”, “Dekorativ tətbiqi sənət” və “Modelyer-rəssam” dərnək üzvlərinin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirin bədii hissəsində dərnək üzvlərindən ibarət ”Zirvə” yaradıcılıq kollektivinin vokal və rəqs qrupları çıxış ediblər.

Qonaqlar müsabiqə qaliblərini təbrik edib və onlara uğurlar arzulayıblar.

Qeyd edək ki, esse müsabiqəsində 240 nömrəli məktəbin şagirdi Sibel Mürşüdlü I, 19 nömrəli məktəbin şagirdi Əsmər Quliyeva, 16 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Xədicə Əmiraslanlı II, 5 nömrəli məktəbin şagirdi Gülay Cəfərzadə, 111 nömrəli məktəbin şagirdi Mədinə Koxayeva III yerə layiq görülüblər.

Həmçinin 42 nömrəli məktəbin şagirdi Yusif Verdiyev, 247 nömrəli məktəbin şagirdləri Leyla Pamukçu və Nərgiz Səlimli, 35 nömrəli məktəbin şagirdi İlkayə Rzazadə, 46 nömrəli məktəbin şagirdi Tunar Quliyev, 14 nömrəli məktəbin şagirdi Zəhra Allahverdiyeva, 164 nömrəli məktəbin şagirdi Nəzrin Cəfərova, 19 nömrəli məktəbin şagirdi Sabir Ağamalı, 5 nömrəli məktəbin şagirdi Xədicə Mustafazadə həvəsləndirici yeri tutaraq sertifikatla təltif olunublar.

Sonda I, II, III yerin qaliblərinə diplom və hədiyyələr təqdim edilib.

1 /1

Şərhlər

Xəbər lenti

20 may, 21:02

Bakı Avropa liseyində “Gələcəyin peşələri” mövzusunda tədbir keçirilib

20 may, 17:50

Azərbaycan üzrə PISA 2025 davam edir

20 may, 17:45

Dövlət Proqramı iştirakçısı ABŞ-nin akademik fəxri cəmiyyətinə üzv seçilib

20 may, 17:40

BANM ilə Malayziyanın Petronas Texnoloji Universiteti arasında əməkdaşlıq yaradılır

20 may, 17:33

MİQ-də iştirak etmək istəyənlərin nəzərinə: qeydiyyat başlayır

20 may, 17:26

Qısamüddətli peşə təlimlərini bitirən müdavimlərə sertifikatlar təqdim olunub

20 may, 17:07

ATİAHİ 308 tələbəyə “Adlı təqaüd” verib

20 may, 17:05

Elm və təhsil naziri gürcüstanlı həmkarı ilə görüşüb

20 may, 16:02

Azərbaycan alimlərinin növbəti uğuru

20 may, 16:00

SABAH qrupları magistratura səviyyəsi üzrə professor-müəllim axtarır

20 may, 15:24

ADU-da “Suverenlik və Konstitusiya: Gəncliklə gələcəyə” mövzusunda forum keçirilib

20 may, 15:22

SABAH qrupları bakalavriat səviyyəsi üzrə professor-müəllim vakansiyası elan edir

20 may, 15:04

"Rəqəmsal rənglər" adlı rəsm sərgisi keçirilib

20 may, 14:37

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

20 may, 14:30

Dövlət Proqramı iştirakçısı beynəlxalq simpoziumda iştirak edib

20 may, 14:12

Sabahın hava proqnozu açıqlanıb

20 may, 13:57

İkili diplom proqramının məzunları ilə görüşlər keçirilir

20 may, 13:55

ADPU-nun prorektoru Özbəkistanda fəxri professor adına layiq görülüb

20 may, 12:52

İki direktora şiddətli töhmət verilib

20 may, 12:40

"Son zəng" tədbirlərinin keçiriləcəyi vaxt açıqlandı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.