Bütün xəbərlər
29 iyul, 16:27

Dövlət İmtahan Mərkəzi avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

DİM-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, imtahanda iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Şərhlər

Xəbər lenti

29 iyul, 16:53

Musiqi sənəti üzrə imtahanın nəticəsi elan olunub

29 iyul, 16:16

“Qərbi Azərbaycan irsi” kitabının birinci cildinin təqdimatı keçirilib 

29 iyul, 16:13

Rektor: “Qərbi Azərbaycan irsi” kitabı seçmə fənlərin tədrisində ciddi baza rolu oynayacaq

29 iyul, 15:58

“Yüksəliş”in qalibləri: Gələcək liderlər hansı universitetlərdə yetişirlər? 

29 iyul, 14:54

Hanoy Universitetində Azərbaycanşünaslıq və Türkologiya Mərkəzi yaradılacaq

29 iyul, 14:49

İmtahandan sonra ən vacib mərhələ: Düzgün ixtisas seçiminin incəlikləri - PSİXOLOQ RƏYİ

29 iyul, 13:34

Mingəçevir Dövlət Universitetində iki yeni institut yaradılır

29 iyul, 13:21

Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayıb

29 iyul, 12:57

Sabahın hava proqnozu açıqlanıb

29 iyul, 12:55

İşlə təmin olunan DP məzunlarının sayı açıqlanıb

29 iyul, 12:47

Turan Topalova: Dövlət Proqramı çərçivəsində Çin universitetlərinə maraq artıb

29 iyul, 12:42

BMU və İNHA Universiteti arasında ikili diplom proqramına qəbul başlayır

29 iyul, 12:34

"Proqram gələcək karyeram üçün əhəmiyyətlidir" – Təcrübə keçən "Maarif"çilərin hekayələri

29 iyul, 12:23

DP çərçivəsində magistraturaya qəbulun nəticələri yaxın günlərdə açıqlanacaq

29 iyul, 09:42

Dövlət Proqramına qəbul nəticələrinin ilkin siyahısı bəlli olub

29 iyul, 09:33

Məktəblilərimiz Beynəlxalq Biologiya Olimpiadasında uğur qazanıblar

29 iyul, 09:21

Nazir müavini Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxış edib

29 iyul, 09:08

Tərbiyəçi-müəllim vakansiyası üzrə qeydiyyat başlayıb

28 iyul, 21:20

Bu universitet hüquqi adını saxlamaqla rebrendinq edəcək - Rektor AÇIQLADI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.