Bütün xəbərlər
29 iyul, 16:16

28 iyul 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının Naxçıvan MR üzrə nümayəndəliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin yekun təqdimat mərasimi olub. 

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru, Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəsi Elbrus İsayev nəşrin tarixi yaddaşın qorunmasında və akademik araşdırmalara əsaslı töhfə verməsindəki əvəzsiz rolundan söz açıb.

O bildirib ki, beş hesabatdan ibarət olması nəzərdə tutulan kitabın I cildində 1991-ci ilə qədər Qərbi Azərbaycan ərazisində mövcud olmuş, hazırda isə yalnız xarabalıqları qalmış 700-dən çox azərbaycanlı qəbiristanlığının 201-nin əvvəlki və indiki vəziyyətindən bəhs edilir. Kitabda həmçinin hərbi-topoqrafik xəritələrdən, peyk təsvirlərindən istifadə edilib və müasir metodoloji təhlillərlə ərazidə mövcud olan qəbiristanlıqların monitorinqi aparılıb. Ən ciddi milli ideoloji istiqamətlərdən biri olan Qərbi Azərbaycan irsinin tədqiqat toplusu olan kitabın üç dildə nəşri isə onun beynəlxalq əhəmiyyətini daha da artırır.

Naxçıvan MR ədliyyə nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Hüseyn Səfərov çıxış edərək nəşrin mahiyyəti və məqsədindən bəhs edib.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva qeyd edib ki, təqdimatı keçirilən kitab Qərbi azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini, insan hüquqları prinsiplərinin, beynəlxalq hüquq normalarının və konvensiyaların ciddi və sistematik pozulmasını bir daha faktlarla sübut edir. 

Naxçıvan Muxtar Respublika Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov isə bildirib ki, Qərbi Azərbaycan irsinin yaşadılması və erməni cəlladlarının törətdiyi maddi və mənəvi ziyanın ödənilməsi tarixi zərurətdir. O əlavə edib ki, Qərbi Azərbaycana qayıdış və tarixi Azərbaycan torpaqlarında mədəni irsimizin bərpa edilməsi də mütləq ki, reallaşacaqdır.

Sonda “Qərbi Azərbaycan İrsi” silsilə nəşri ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub.

Qeyd edək ki, bundan öncə “Qərbi Azərbaycan irsi” kitabının birinci cildinin  ilkin təqdimatı Naxçıvan şəhərində olub, daha sonra Ordubad,  Kəngərli, Babək, Sədərək, Şərur, Şahbuz və Culfa rayonlarında  kitabın geniş ictimaiyyətə təqdimatı keçirilib. Rayonlarda keçirilən təqdimat mərasimlərində Qərbi Azərbaycan əsilli vətəndaşların iştirakı təmin olunub. Elbrus İsayev Qərbi Azərbaycandan olan soydaşlarımıza tədqiqatçılarla birgə işləməyə, şəxsi arxivlərində olan materialların və xatirələrin nəşrində aktiv olmağa çağırıb. NDU-da yaradılmış Qərbi Azərbaycan Araşdırma Mərkəzi ilə sıx əməkdaşlığa dəvət edib.

1 /9

Şərhlər

Xəbər lenti

20 avqust, 13:44

Azərbaycanda orta məktəblərin sayı artıb

20 avqust, 13:03

İlk altı ayda 51 nəfərə elmlər doktoru dərəcəsi verilib

20 avqust, 13:01

Məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı artıb – STATİSTİKA

20 avqust, 12:45

Sabahın hava proqnozu açıqlanıb

20 avqust, 12:40

“Bir müəllimin manifesti” proqramına qeydiyyat başlayıb

20 avqust, 12:36

17 yaşlı məktəbli startapına 1,5 milyon dollar sərmayə cəlb edib

20 avqust, 11:51

Ən güclü rəqabət hansı qrupdadır? – Ali məktəblərə qəbulla bağlı real gözləntilər

20 avqust, 11:38

Xaçmazda yenilənən məktəbə şagird qəbulu elan olunur

20 avqust, 11:31

Lisey və gimnaziyalara seçim nəticələri açıqlanıb

20 avqust, 11:15

Qeyri-səlis məntiq nədir?

20 avqust, 10:47

Azərbaycan və Türkiyə alimləri güclü terapevtik potensiala malik maddələr sintez ediblər

20 avqust, 10:36

Nurlan İsmayılbəyli: 1000-ə yaxın vakant yer birləşdirilib

20 avqust, 10:29

ADNSU Rumıniyada beynəlxalq konfrans keçirəcək

20 avqust, 10:28

Kanadada 75 milyon illik qədim çəyirtkə qalıqları tapılıb

20 avqust, 10:26

MİQ-in müsahibə mərhələsində 4 minə yaxın namizəd iştirak edəcək

20 avqust, 10:22

Magistraturaya əlavə yerləşdirmə ilə qəbul olanların qeydiyyatı başlayır

20 avqust, 10:13

Naxçıvanın kikboksçuları Türkiyədən 23 medalla qayıtdılar: 16-sı qızıldır 

20 avqust, 10:09

Naxçıvanda peşə təhsil müəssisələrinə 498 tələbə qəbul olub

20 avqust, 09:58

Məktəbdə işə qəbul vədini verən dələduza hökm oxundu 

20 avqust, 09:40

SABAH.HUB tərəfindən təşkil olunan proqram üçün müraciət müddəti uzadılıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.