Bütün xəbərlər
20 avqust, 10:47

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aşqarlar Kimyası İnstitutunun bir qrup aparıcı alimi Türkiyədən olan həmkarları ilə birlikdə asetilxolinesteraza (AChE) və karbon anhidrazanın izoformalarının (hCA I, hCA II) ikili inhibitorları kimi yeni sulfanilamid törəmələrini sintez edib və müfəssəl bioloji qiymətləndirilməsini aparıblar.

İnstitutdan “Azərbaycan müəllimi”nə bildirilib ki, geniş profilli tədqiqatların nəticəsi olaraq aziridin, ditiokarbamat, tiosiyanat və benzo[d]tiazol fraqmentlərini özündə birləşdirən çoxfunksiyalı sulfanilamid əsaslı birləşmələrin yeni seriyası nukleofil əvəzetmə reaksiyaları vasitəsilə alınıb, onların hCA I, hCA II və AChE-yə qarşı güclü və selektiv inhibitor fəaliyyətə malik olduğu müəyyənləşdirilib. Onların arasında bəzi birləşmələr hətta asetazolamid və takrin kimi klinik olaraq istifadə edilən standart dərmanları üstələyirlər.

İnstitutun icraçı direktoru professor Əfsun Sucayevin verdiyi məlumata görə, bu tapıntılar təkcə ikili və ya çox hədəfli ferment inhibitorları kimi sulfonamid əsaslı dərman potensiallı birləşmələrin terapevtik potensialını gücləndirmir, həm də qlaukoma və Alzeymer kimi xəstəliklər kontekstində karbon anhidraz və asetilxolineseterazanı hədəf alan yeni nəsil agentlərin rasional dizaynına yol açır.

Tədqiqat zamanı alınmış mühüm nəticələr dünyaca məşhur “Wiley” nəşriyyatının jurnalı olan “Journal Biochemical and Molecular Toxicology”də dərc olunub (https://onlinelibrary.wiley.com/doi/10.1002/jbt.70452).

Məlumat üçün onu da bildirək ki, adıçəkilən jurnal “Journal Citation Reports”a əsasən, Q2 klasifikasiyalı, impakt faktoru 2.8-dir.

1 /1

Şərhlər

Xəbər lenti

14 oktyabr, 13:46

Hüseyn Hüseynov: Keyfiyyətli təhsilə əlçatanlığın artırılması istiqamətində fəaliyyətlər genişləndirilməlidir

14 oktyabr, 13:36

Tələbə Futzal Liqasında 2025/2026 mövsümünün oyun cədvəli açıqlanıb

14 oktyabr, 13:12

Yeni peşə təhsili müəssisələri tikiləcək

14 oktyabr, 13:08

Dövlət bir təhsilalana nə qədər pul xərcləyir? - Bağça xərcləri öndə

14 oktyabr, 13:01

Azərbaycan TALIS 2024 tədqiqatında yüksək nəticələr göstərib – HESABAT

14 oktyabr, 12:37

MDU Ege Universiteti ilə ortaq magistratura proqramları hazırlayacaq

14 oktyabr, 12:28

Təhsil krediti alanların yarıdan çoxu qadındır

14 oktyabr, 12:03

Sadiq Əliyev: Rəqabətqabiliyyətli olmaq üçün bilik və bacarıqlar daim yenilənməlidir

14 oktyabr, 11:51

Bahar Muradova: Müharibədən zərər çəkmiş ərazilərdə təhsil sahəsi diqqətdə saxlanılır

14 oktyabr, 11:48

İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox şəxs peşə hazırlığına cəlb olunub

14 oktyabr, 11:38

Azərbaycan universitetlərinin qlobal reytinqlərdəki yeri yüksəlir

14 oktyabr, 11:33

İdris İsayev: Yeni bacarıqların öyrədilməsi zəruridir

14 oktyabr, 11:22

Məktəbəqədər təhsilə dair strateji plan yenilənib 

14 oktyabr, 11:16

Azərbaycanda qadınların doktorantura təhsilində iştirakı artıb

14 oktyabr, 11:12

İdris İsayev: Təhsilə edilən sərmayələrin nəticəsini dərhal görmək mümkün deyil

14 oktyabr, 11:09

Təhsilin infrastrukturunun müasirləşdirilməsi istiqamətində ciddi addımlar atılır – Nazir müavini

14 oktyabr, 10:50

Təhsilə ən böyük investisiyaları dövlət qoyur - İdris İsayev

14 oktyabr, 10:45

Azərbaycanda 53 özəl təhsil müəssisəsinin nizamnaməsinə müsbət rəy verilib

14 oktyabr, 10:44

Şagirdlərin elektron yerdəyişməsinə start verilir

14 oktyabr, 10:40

Nazir müavini: Təhsilin inkişafı hər bir sahənin inkişafına təkan verir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.