
“Əmək bazarının çağırışlarına cavab verən, innovasiyalara açıq işçi qüvvəsinin hazırlanması üçün yeni bacarıqların öyrədilməsi zəruridir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini İdris İsayev "Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda keçirilən 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunun açılış mərasimində səsləndirib.
Nazir müavini vurğulayıb ki, qlobal çağırışlar, yeni texnologiyaların tətbiqi, süni intellekt, rəqəmsal iqtisadiyyat və iqlim dəyişikliyi şəraitində əmək bazarının tələblərinə cavab verə bilmək üçün təhsildə yeni ixtisas və bacarıqların formalaşdırılması vacibdir.
İdris İsayev qeyd edib ki, Azərbaycan həm ali, həm də peşə təhsili sistemində bu istiqamətdə mühüm addımlar atır:
“Texnologiya və iqtisadiyyat sahələri üzrə təhsil alanların böyük hissəsi, magistratura səviyyəsində 99 faiz, bakalavriat səviyyəsində isə 78 faiz dövlət hesabına təhsil alır. Bu da dövlətin təhsilə verdiyi önəmin göstəricisidir”.
O əlavə edib ki, təhsilin inkişafı və innovativ ixtisasların geniş tətbiqi hər bir ölkə üçün, o cümlədən Azərbaycanın dayanıqlı inkişafı üçün strateji əhəmiyyət kəsb edir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər