Bütün xəbərlər
14 oktyabr, 12:03

“Müntəzəm şəkildə dəyişən, hər dəfə yeni məzmun və forma ilə qarşımıza çıxan əmək bazarında rəqabətqabiliyyətli olmaq üçün bilik və bacarıqların daim yenilənməsi vacibdir”.

“Azərbaycan müəllimi”  xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda keçirilən tədbirin “Azərbaycanın dayanıqlı inkişafı üçün təhsilə investisiya” adlı panel müzakirəsində deyib.

O bildirib ki, bu təlimlər sayəsində insanlar yalnız iş tapmaq imkanlarını artırmır, həm də gələcəkdə vergi ödəyicisi kimi iqtisadi dövriyyəyə qayıdırlar.
Beləliklə, bu mexanizm həm sosial, həm də fiskal gəlir yaradır:

"Bu məqsədə nail olmaq üçün Dövlət Məşğulluq Agentliyi özəl və dövlət təhsil və təlim müəssisələri ilə birlikdə maksimum müddəti 6 ay olan proqramlar çərçivəsində peşə hazırlığı kursları təşkil edir. Hazırda bu kurslarda 175 peşə üzrə təlim həyata keçirilir".

O əlavə edib ki, bu proqramlar həm aşpaz, bərbər, baytar, təmirçi-çilingər, xarrat-dülgər və ya bənna kimi ənənəvi sahələri, həm də data analitik, mobil developer, yaşıl enerji, proqramlaşdırma dilləri və kibertəhlükəsizlik kimi müasir istiqamətləri əhatə edir.

“Bu məqamda xüsusilə qeyd etmək istəyirəm ki, biz bu siyahını mütəmadi olaraq yeniləyirik və aktual olan yeni peşələri bura əlavə etməyə davam edirik", - deyə Sadiq Əliyev əlavə edib.

Şərhlər

Xəbər lenti

14 oktyabr, 13:46

Hüseyn Hüseynov: Keyfiyyətli təhsilə əlçatanlığın artırılması istiqamətində fəaliyyətlər genişləndirilməlidir

14 oktyabr, 13:36

Tələbə Futzal Liqasında 2025/2026 mövsümünün oyun cədvəli açıqlanıb

14 oktyabr, 13:12

Yeni peşə təhsili müəssisələri tikiləcək

14 oktyabr, 13:08

Dövlət bir təhsilalana nə qədər pul xərcləyir? - Bağça xərcləri öndə

14 oktyabr, 13:01

Azərbaycan TALIS 2024 tədqiqatında yüksək nəticələr göstərib – HESABAT

14 oktyabr, 12:37

MDU Ege Universiteti ilə ortaq magistratura proqramları hazırlayacaq

14 oktyabr, 12:28

Təhsil krediti alanların yarıdan çoxu qadındır

14 oktyabr, 11:51

Bahar Muradova: Müharibədən zərər çəkmiş ərazilərdə təhsil sahəsi diqqətdə saxlanılır

14 oktyabr, 11:48

İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox şəxs peşə hazırlığına cəlb olunub

14 oktyabr, 11:38

Azərbaycan universitetlərinin qlobal reytinqlərdəki yeri yüksəlir

14 oktyabr, 11:33

İdris İsayev: Yeni bacarıqların öyrədilməsi zəruridir

14 oktyabr, 11:22

Məktəbəqədər təhsilə dair strateji plan yenilənib 

14 oktyabr, 11:16

Azərbaycanda qadınların doktorantura təhsilində iştirakı artıb

14 oktyabr, 11:12

İdris İsayev: Təhsilə edilən sərmayələrin nəticəsini dərhal görmək mümkün deyil

14 oktyabr, 11:09

Təhsilin infrastrukturunun müasirləşdirilməsi istiqamətində ciddi addımlar atılır – Nazir müavini

14 oktyabr, 10:50

Təhsilə ən böyük investisiyaları dövlət qoyur - İdris İsayev

14 oktyabr, 10:45

Azərbaycanda 53 özəl təhsil müəssisəsinin nizamnaməsinə müsbət rəy verilib

14 oktyabr, 10:44

Şagirdlərin elektron yerdəyişməsinə start verilir

14 oktyabr, 10:40

Nazir müavini: Təhsilin inkişafı hər bir sahənin inkişafına təkan verir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.