
Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsi bu ilin birinci yarımilində 53 özəl təhsil müəssisəsinin nizamnamə layihəsinə müsbət rəy verib.
Nazirlikdən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, onların 28-i məktəbəqədər, 2-i ümumi, 1-i orta ixtisas təhsili, 3-ü peşə, 2-i ali, 16-ı əlavə təhsil müəssisəsi, 1-i isə təhsil kompleksidir.
Qeyd edək ki, Hüquq şöbəsinin fəaliyyətinin mühüm istiqamətlərindən birini də özəl təhsil müəssisələrinin nizamnamələrinə rəy verilməsi təşkil edir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər