
23 iyuldan qeydə alınmış tac kütlə atılmasının təsiri ilə, sonra isə şimal yarımkürəsində müşahidə olunan mənfi qütblü tac dəliyinin geoeffektiv olması nəticəsində qeyri-stabil və aktiv səviyyələrdə olacağı gözlənilir. Avqustun 2-də isə Kp indeksinin 5-ə yüksəlməsi (G1) ehtimalı var.
Bu barədə “Azərbaycan müəllimi”nə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, 28 iyul – 3 avqust tarixində C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 30%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin 30 iyula qədər normal səviyyəyə enəcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı gözlənilir.
Günəş küləyi sürətinin bu gün 23 iyulda qeydə alınmış Tac Kütlə Atılmasının təsiri ilə, sonra isə şimal yarımkürəsində müşahidə olunan tac dəliyinin təsiri iə sürətinin yenidən artacağı gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək qütb dairələrində 15-35%, orta coğrafi enliklərdə isə 25-1%-dir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər