Bütün xəbərlər
28 iyul, 13:42

Azərbaycanda artıq bir neçə ildir ki, orta ixtisas təhsili pilləsini və ya yüksək texniki peşə təhsili səviyyəsini bitirmiş şəxslər ali təhsil müəssisələrinə imtahansız, müsabiqə yolu ilə qəbul olunurlar. Ali məktəbə belə daxil olan subbakalavrların sayı ildən-ilə artmaqdadır. Təkcə 2024-cü ildə 5000-dən çox subbakalavr bu imkanlardan yararlanaraq ali məktəblərə qəbul olunub.

Lakin cəmiyyətdə belə bir fikir formalaşıb ki, subbakalavrlar universitet mühitinə və tədris prosesinə tam uyğunlaşmaqda çətinlik çəkirlər. Məsələn, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu yaxınlarda verdiyi açıqlamasında bildirib ki, əgər mövcud sistem işləmirsə və ali məktəblər subbakalavrları tədris prosesinə inteqrasiya etməkdə çətinlik çəkirsə, bu zaman qəbul qaydalarına yenidən baxılmalıdır və bəzi məhdudiyyətlər tətbiq edilə bilər. 

Bəs yaranmış problemlərin həlli istiqamətində ali təhsil müəssisələrinin rəhbərliyi qarşısında hansı vəzifə və öhdəliklər dayanır? Bu istiqamətdə hansı strategiyalar və tədbirlər həyata keçirilməlidir ki, subbakalavrların tədris prosesinə adaptasiyası asanlaşsın və təhsilin keyfiyyəti yüksəlsin?

Bakı Mühəndislik Universitetinin (BMU) baş mütəxəssisi Adil Vəliyev “Azərbaycan müəllimi”nə bildirib ki, subbakalavrların universitetə qəbul olduqdan sonra tədris prosesinə uyğunlaşmaları üçün xüsusi adaptasiya proqramı hazırlanmalı və bu proses müəyyən müddət ərzində onlara izah edilməlidir: “Bildiyiniz kimi, subbakalavrların universitetə qəbulu zamanı hər hansı bir imtahan prosesi həyata keçirilmir. Çünki onlar əvvəlki təhsil pilləsində oxuduqlara ixtisaslara uyğun olaraq, universitetdə həmin ixtisasların qarşılığı olan sahələr üzrə təhsil almaq hüququ əldə edirlər. Bu proses, əsasən, I və II ixtisas qruplarında müşahidə olunur. Çünki III ixtisas qrupunda rəqabət daha yüksək olduğu üçün subbakalavrların universitetə qəbul olmaq şansları olduqca aşağıdır. IV ixtisas qrupunda isə yalnız bir neçə ixtisas üzrə qəbul imkanı mümkündür.

Ümumiyyətlə, subbakalavrlar universitetə qəbul olduqdan sonra onların adaptasiyası ilə bağlı müəyyən çətinliklər yaranır. Bu isə tədris prosesini xeyli ləngidir. Düşünürəm ki, bu ləngimə digər tələbələrin də dərsdəki davranış və qavrama qabiliyyətinə mənfi təsir göstərə bilir.

Əsas məsələlərdən biri də budur ki, adətən subbakalavrlar universitetə qəbul olduqda  müəyyən bir yaş həddini keçmiş olurlar. Çox zaman onlar digər tələbələrdən yaşca böyük olurlar və əksər hallarda özəl və ya dövlət müəssisələrində çalışdıqları üçün həm işləmək, həm də təhsil almaq imkanı istəyirlər. Bu səbəbdən onlar, əsasən, qiyabi təhsilə üstünlük verirlər. Lakin qiyabi təhsil forması üzrə qəbul yerlərinin sayı məhduddur. Qiyabi təhsil imkanı olmadıqda isə əyani formada təhsil almağa məcbur olurlar. Bu zaman da adaptasiya problemi daha da kəskinləşir. Çünki ixtisasın dərindən qavranılmaması sonradan həm həmin tələbələr, həm də onların qrup yoldaşları arasında narazılıqların yaranmasına səbəb ola bilir. Bunun qarşısını almaq üçün adaptasiya proqramı tətbiq olunmalıdır”.

A.Vəliyev bildirir ki, əgər subbakalavrların kütləvi şəkildə universitetlərə qəbulu həyata keçirilirsə, onlar üçün ayrıca tədris qruplarının yaradılması məqsədəuyğun ola bilər: “Bəzi hallarda universitet rəhbərlikləri subbakalavrların qəbuluna qarşı çıxırlar. Bunun əsas səbəbi isə DİM imtahanlarında iştirak edərək qəbul olan tələbələrlə subbakalavrlar arasında fərqliliklərin olması və bu fərqliliklərin dərs prosesinə mənfi təsir göstərməsidir. Subbakalavrlar üçün ayrıca tədris qruplarının yaradılması ilə həm onların təhsildən yayınmalarının qarşısı alınar, həm də tədris prosesində balans qorunmuş olar.
Unutmayaq ki, bu, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququdur. Əgər subbakalavrlar ali təhsil almaq istəyirlərsə, onlara bu yolda dəstək göstərmək vacibdir”, – deyə o bildirib.

Şərhlər

Xəbər lenti

28 iyul, 20:05

Liseylərə qəbulla bağlı əlavə araşdırmanın ilkin nəticəsi açıqlanıb

28 iyul, 17:07

Azərbaycanın məşqçi-müəllimi Dünya Kubokunda bürünc medal aldı

28 iyul, 16:58

100 baldan az toplayanların xarici universitetlərə qəbulu məhdudlaşdırılmalıdır – Ekspert

28 iyul, 16:15

Vəzifə öhdəliklərini yerinə yetirməyən məktəb direktoruna töhmət verilib

28 iyul, 15:43

“Uğur sadəcə nəticə deyil, seçimdir” – Məzunların baxışı

28 iyul, 15:28

Hansı peşə təhsili müəssisələrinin yataqxanası var? – SİYAHI

28 iyul, 15:15

Təhsil işçilərinə verilən yollayışların sayı 136% artıb

28 iyul, 14:28

Musiqi sənəti üzrə test imtahanı keçirilib

28 iyul, 14:24

Firudin Qurbanov türkmənistanlı həmkarı ilə görüşüb

28 iyul, 14:15

Peşə mərkəzi ilk dəfə sahibkarlıqdan pul qazandı 

28 iyul, 12:21

Sabahın hava proqnozu açıqlanıb

28 iyul, 11:55

Azərbaycanda süni intellekt sahəsində yeni dövlət standartı qəbul edilib

28 iyul, 11:27

Bu günədək 55 000-ə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edilib

28 iyul, 11:14

AzMİU-nun biznes inkubatoru beynəlxalq sertifikatla təltif edilib

28 iyul, 10:22

Qadınlar üçün rəqəmsal dəstək – Süni intellektin yardımından istifadə ediləcək

28 iyul, 10:08

Qarabağ Universitetinin strateji hədəfləri

28 iyul, 09:50

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri üçün ingilis dili təlimləri keçirilir

28 iyul, 09:36

İkili diplom proqramları: Azərbaycan ali təhsilinin beynəlmiləlləşmə yol xəritəsi

28 iyul, 09:12

Kosmik hava durumu və proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.