Bütün xəbərlər
22 avqust, 17:01

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində təşkil olunan təlimləri uğurla başa vuran növbəti müdavimlərə sertifikatlar təqdim edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, qısamüddətli kurslar keçmiş məcburi köçkünlər üçün “Arıçılıq” və “Rəqəmsal media və marketinq mütəxəssisi” ixtisasları üzrə keçirilib. Bu kursları bitirən və buraxılış-ixtisas imtahanından müvəffəqiyyətlə keçən müdavimlər Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş dövlət nümunəli sertifikatlarla təltif olunublar.

Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayon sektorunun müdiri Arifə Bayramova, Şəki-Zaqatala Regional Məşğulluq filialının Qəbələ rayon şöbəsinin müdiri Ramil İsayev iştirak ediblər.

Direktor Qalib Nəbiyev çıxış edərək “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil edilən qısamüddətli təlimlərdən danışıb: “Cari ildə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 40 nəfər məcburi köçkün kurslara cəlb olunub. 2024-cü ildə isə mərkəzdə 84 nəfər bu təlimlərdə iştirak edib. Ümumilikdə 124 nəfər məcburi köçkün müxtəlif peşələr üzrə yeni bilik və bacarıqlara yiyələnib”.

O qeyd edib ki, qısamüddətli təlimlər seçilmiş ixtisasdan asılı olaraq 1 aydan 3 ayadək davam edir. Təlimlərin əsas məqsədi proqram çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşların əmək bazarında rəqabətqabiliyyətini artırmaq, onların peşə vərdişlərini inkişaf etdirmək və davamlı məşğulluğunu təmin etməkdir.

Tədbirdə “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə qayıdacaq əhalinin məşğulluq imkanlarının artırılması və sosial müdafiəsinin təmin edilməsində peşə təhsilinin mühüm rolunun olduğu vurğulanıb.

Qeyd edək ki, təlimlərdə 14 nəfər “Rəqəmsal media və marketinq mütəxəssisi”, 9 nəfər isə “Arıçılıq” ixtisası üzrə iştirak edib. Ümumilikdə 23 müdavim sertifikatla təmin olunub.

Xatırladaq ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində qısamüddətli peşə təlimləri ölkənin 10 peşə təhsil müəssisəsində 42 ixtisas üzrə həyata keçirilir. Proqram üzrə 2024-cü ildə 215 nəfər, 2025-ci ildə isə artıq 653 nəfər müxtəlif sahələr üzrə təlimlərə cəlb olunub. Təlimlərdə iştirak etmək istəyən məcburi köçkünlər portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçə bilirlər.

Ölkədə dual təhsil sisteminin ilk tətbiq olunduğu Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən tədbir çərçivəsində “Açıq Qapı” günü də təşkil olunub.

1 /2

Şərhlər

Xəbər lenti

18 oktyabr, 10:09

“Müəllimlərimizin tərbiyəsi nəticəsində gənclərimiz qəhrəman oldular” – Anar İsgəndərov

18 oktyabr, 10:01

Azərbaycanlı alim ABŞ-də yüksək vəzifəyə təyin olunub

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

17 oktyabr, 13:43

İnnovativ tədris yanaşmalarını özündə birləşdirən HP IDEA təlimləri davam edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.