
ABŞ-də fəaliyyət göstərən azərbaycanlı akademik Əqidə Mənizadə yüksək vəzifəyə təyin olunub.
“Azərbaycan müəllimi” "Report"a istinadən xəbər verir ki, o, ABŞ-nin Virciniya ştatında yerləşən Radford Universitetində Magistratura işləri üzrə köməkçi prorektor təyin edilib.
Radford Universitetinin prorektoru Betani Aşer bildirib ki, bu təyinat tələbə mərkəzli modelin gücləndirilməsinə və universitetin magistratura təhsilində uğurların artırılmasına xidmət edir. Universitet jurnalı azərbaycanlı akademikin beynəlxalq təhsilə verdiyi əhəmiyyətli töhfələr barədə geniş məqalə yayımlayıb.
Qeyd edək ki, Əqidə Mənizadə Bakı Dövlət Universitetində riyaziyyat üzrə bakalavr və magistr dərəcələrini, "William & Mary" Kollecində riyaziyyat təhsili üzrə magistr dərəcəsini, Virciniya Universitetində isə riyaziyyat təhsili üzrə fəlsəfə doktoru dərəcəsini alıb. O, 2009-cu ildən etibarən Radford Universitetinin Riyaziyyat və Statistika Departamentində professor vəzifəsində çalışır. Ə. Mənizadə həmçinin Virciniya Riyaziyyat Müəllimləri Şurasının prezidenti və "Virciniya Riyaziyyat müəllimi" jurnalının baş redaktorudur.
Akademikin tədqiqat sahələri arasında riyaziyyat təhsili, tədris metodologiyası, onlayn təhsil və təhsil qiymətləndirməsi yer alır. O, 27 elmi nəşrə imza atıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər