Bütün xəbərlər
18 oktyabr, 10:09

Azərbaycan tarixində bir çox önəmli və qürurverici günlər var. Bu günlər arasında 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü xüsusi yer tutur.

1991-ci ildə qəbul edilən Müstəqillik Aktı ilə Azərbaycan xalqı azad və suveren dövlət kimi tarix səhnəsinə yenidən qayıtdı. Bu gün həm milli kimliyimizin, həm də dövlətçiliyimizin rəmzi hesab olunur. Hər il bu tarix ölkəmizdə böyük qürur və vətənpərvərlik ruhu ilə qeyd olunur. Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov bu əlamətdar günlə bağlı “Azərbaycan müəllimi”nə öz fikirlərini bildirib.

Tarixçi alim bildirib ki, 1918-1920-ci illərdə müsəlman Şərqində ilk respublika Azərbaycanda quruldu: “1920-ci ilin aprelində 11-ci rus ordusu Azərbaycanı işğal etdi və 23 ay müstəqil fəaliyyət göstərən dövlətin fəaliyyəti dayandırıldı. Bu 23 ay ərzində 350-dən çox qanun qəbul edildi. Azərbaycan dili haqqında qanun, parlamentin yaradılması, ilk universitetin təsisi, Paris Sülh Konfransında de-fakto tanınma kimi bir çox ilklər reallaşdı. Lakin sovet işğalı bütün bu yeniliklərə son qoydu. 70 illik sovet hakimiyyəti dövründə Azərbaycan nə özü kimi idarə oluna bildi, nə də azad oldu. 80-ci illərin sonundan etibarən sovetlərin zəifləməsi və milli hərəkatların güclənməsi ilə Azərbaycan xalqı müstəqillik uğrunda yenidən ayağa qalxdı. SSRİ dağılan ərəfədə ermənilər Azərbaycan torpaqlarına iddia qaldırdı və çox təəssüf ki, sovet rəhbərliyi erməniləri müdafiə etdi, Azərbaycan tək qaldı. Azərbaycan torpaqlarının işğalı başladı. 1990-cı ilin 20 Yanvar hadisəsində xalqın qanı töküldü”.

“Yenidən dövlət müstəqilliyininin elan edilməsi xalqımız üçün son dərəcə böyük bir dəyər idi”

O vurğulayıb ki, 1918-ci ilin oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Əslində bu, Azərbaycanın dövlət müstəqilliyinin bərpası idi: “Çünki Azərbaycan 1918-1920-ci illərdə artıq bir dəfə müstəqillik əldə etmişdi. Həmin Konstitusiya Aktında da qeyd olunurdu ki, hazırda qurulan Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Doğrudur, Azərbaycan yenidən dövlət müstəqilliyini elan etdi və bu, xalqımız üçün son dərəcə böyük bir dəyər idi. Lakin tariximizə faciələrlə dolu illər də yazıldı. Azərbaycan torpaqları mərhələli şəkildə işğal edildi, ordu isə zəif idi. 1993-cü ilə qədər ölkədə xaos və siyasi qeyri-sabitlik hökm sürürdü. Lakin həmin il Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı vətəndaş qarşıdurmasına son qoydu. Ölkədə sabitlik bərpa olundu, dövlətçiliyin əsasları möhkəmləndi və Azərbaycan müstəqil dövlət kimi inkişafının yeni, keyfiyyətcə fərqli mərhələsinə qədəm qoydu.

Təbii ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın 20%-ə qədər ərazisi işğal olunmuşdu. Beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin mövqeyi isə ümidsizlik doğururdu. Onlar bildirirdilər ki, Azərbaycan məğlubiyyətlə barışmalı, torpaqlardan imtina etməli və qonşu dövlətlərlə sakit münasibətlər qurmalıdır. Ermənilər isə təkrar-təkrar Azərbaycanın daha geniş ərazilərini işğal etməklə hədələyirdilər. Təəssüf ki, Azərbaycanın haqq səsini müdafiə edənlər çox az idi. Amma həyat bununla bitmədi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə dövlətçilik möhkəmləndi və torpaqlarımızın qaytarılması istiqamətində mümkün olan bütün addımlar atıldı. 2003-cü ildə xalq İlham Əliyevə etimad göstərərək onu prezident seçdi. Ulu Öndər də çıxışında vurğulamışdı ki, İlham Əliyevə özü qədər inanır. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində qələbənin qazanılması təsadüfi deyildi. İlham Əliyev bu qələbənin 4 əsas şərtini göstərmişdi:

1. Xalq-iqtidar birliyi  
2. Məsələnin tarixiliyinin dünya ictimaiyyətinə çatdırılması  
3. Güclü iqtisadiyyatın formalaşdırılması  
4. 17 illik dövrdə ordunun, əsgərin yanında olmaq və güclü ordu yaratmaq.

Məhz bu amillər nəticəsində Azərbaycan düşməni darmadağın etdi, işğal olunmuş torpaqlarını azad etdi. Təkcə ərazilər yox, illərlə Azərbaycan bayrağına həsrət qalan torpaqlarda üçrəngli bayrağımız yenidən dalğalandı. 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayəti tarixdən silindi, Azərbaycanın suverenliyi tam bərpa olundu”.

”Dünya ictimaiyyəti də açıq şəkildə qəbul edir ki, Qarabağ və Şərqi Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır”

O əlavə edərək bildirib ki, bu gün artıq həmin torpaqlara 50 minə yaxın vətəndaş köçürülüb, genişmiqyaslı bərpa-quruculuq işləri davam edir: “Dünya ictimaiyyəti də açıq şəkildə qəbul edir ki, Qarabağ və Şərqi Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır. Azərbaycan öz haqq işi uğrunda müharibə apardı, şəhidlər verdi və bu gün azad edilən ərazilərdə həyat yenidən canlanır.

Gənclərimiz əmək və vətənpərvərlik ruhu ilə yetişdirilib. Bu çağırışlı dövrdə müəllimlərimizi də qeyd etmək istərdim ki, onların tərbiyəsi nəticəsində bu gənclər bugünkü qəhrəmanlarımız oldular. Uğurla yazılan bu tarix hər birimiz üçün böyük bir dərsdir. Azərbaycan gəncliyi həqiqətən də çox sərt və şərəfli bir imtahandan keçdi. Bu, adi auditoriyada verilən imtahan deyildi. Bu, vətənin ən çətin və taleyüklü günlərində, ön cəbhədə baş verən imtahan idi. Dünən parta arxasında, auditoriyada əyləşən, qələmlə gələcəyə hazırlaşan gənc, o gün süngünü əlinə alaraq Şuşanın və Xankəndinin azad olunmasında qəhrəmanlıq göstərdi və sanki o döyüşdə öz “100 balını” qazandı”.

Anar İsgəndərov dilə gətirib ki, bu gün əminliklə “Azərbaycan gənci qəhrəmandır”- deyə bilərik. O, vətən uğrunda sinəsini sipər etdi, torpaqlarımızın azadlığı üçün canından keçdi və tarix yazdı: “Bu nəticə təkcə gəncin gücünü deyil, həm də onu yetişdirən müəllimin zəhmətini, ailənin tərbiyəsini, məktəbin və cəmiyyətin verdiyi dəyərləri göstərir. Müəllimlərimiz gəncləri vətənpərvərlik ruhunda tərbiyə etdilər. Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyəti və liderliyi ilə bu gənclər qələbəyə inamla irəlilədi. O, əsgərinə güvəndi və onu qələbəyə apardı. Azərbaycan gənci isə bu inamı doğrultdu, igidliyi ilə tarixə adını yazdı”.

Şərhlər

Xəbər lenti

18 oktyabr, 10:01

Azərbaycanlı alim ABŞ-də yüksək vəzifəyə təyin olunub

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

17 oktyabr, 13:43

İnnovativ tədris yanaşmalarını özündə birləşdirən HP IDEA təlimləri davam edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.