
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı" günü keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Qəbələ rayonunun ümumtəhsil məktəblərinin şagirdləri (IX - XI siniflər), müəllimlər, valideynlər, uğurlu məzunlar, KİV nümayəndələri, eyni zamanda əməkdaşlıq etdikləri müəssisələrin nümayəndələri iştirak ediblər.
Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev, Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının müavini Ətayə Osmanova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayon üzrə təhsil sektorunun müdiri Arifə Bayramova, “Qafqaz-Qəbələ” MMC-nin məsul əməkdaşı Ramin Məmmədov çıxış ediblər.
Onlar çıxışlarında ölkəmizdə peşə təhsilinə dövlətin diqqət və qayğısının artıdığını vurğulayıblar. Onlar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin regionda turizm, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri istiqamətində kadr hazırlığında əhəmiyyətli rol oynadığını nəzərə çatdırıblar.
Qonaqlar peşə təhsilinə olan maraq barədə danışıb, ictimaiyyətin peşə təhsili haqda məlumatlanmasında belə tədbirlərin zəruriliyini ifadə ediblər.
“Açıq qapı” gününün iştirakçılarına Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tələbə və məzunların əl işlərindən ibarət sərgilər nümayiş etdirilib, ustad dərsləri keçirilib.
Tədbirin bədii hissəsində iştirakçılar üçün əyləncəli oyunlar, viktorinalar keçirilib. Yarışların qalibləri dəyərli hədiyyələrlə mükafatlandırılıb. Həmçinin tədbir iştirakçıları müxtəlif peşələrin sirri ilə bağlı maraqlı məlumatlar əldə ediblər.
Qeyd edək ki, “Açıq qapı” günlərinin məqsədi peşə təhsil müəssisələri haqqında məlumatlılıq səviyyəsini artırmaq, eləcə də gənclərin peşə seçiminə kömək etməkdir.
1 /26
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər