Bütün xəbərlər
22 avqust, 15:08

Oktyabrın 1-2-də Naxçıvan Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dillər Universiteti, İstanbul Universiteti – Cərrahpaşa, Gümüşhanə Universiteti, Ərzurum Texniki Universiteti (Türkiyə), Cənub Universiteti ( Rusiya),  Buxara Dövlət Texniki Universiteti (Özbəkistan) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə “İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” I Beynəlxalq Elmi Konfransı keçiriləcək.

NDU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, konfrans üz-üzə və onlayn formatda təşkil ediləcək.

Ölkədə innovativ fəallığın genişləndirilməsinin əsas tələblərindən biri milli innovasiya siyasətinin yaradılması və innovasiyanı dəstəkləyici ekosistemin qurulmasıdır. Yüksək innovativ potensiala malik ölkələrin təhlili göstərir ki, milli innovasiya siyasətinin həyata keçirilməsində universitetlər və tədqiqat institutları əhəmiyyətli rol oynayırlar. Yeni və innovativ ideyalar universitetlərdə yaradılmış yeni bilik və tədqiqatların transferi yolu ilə reallaşdırılır. Bunun üçün bilgi mübadiləsi, kommunikasiya və yeniliklərin həm ölkə daxili, həm də beynəlxalq məcrada yayılması əsas şərtlərdən biridir. Bu məqsədlə “İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” mövzusunda keçiriləcək konfrans müxtəlif elm sahələri üzrə innovativ biliklərin elmi cəmiyyətə çatdırılmasına,  Azərbaycanda süni intellektin inkişafına yönələn yeni tendensiyaların, elmi tədqiqatların aparılmasına təkan verəcək. 

Konfransla bağlı ətraflı məlumatı konfrans.ndu.edu.az saytından və ya bu linkdən əldə edə bilərsiniz.

1 /1

Şərhlər

Xəbər lenti

22 avqust, 17:01

“Böyük Qayıdış” üçün növbəti təlimlər başa çatdı – 23 nəfər peşə sertifikatı aldı

22 avqust, 16:50

Milyonlarla uşağın oynadığı “Roblox” təhlükəsi: Valideynlər nə etməlidirlər?

22 avqust, 16:49

Beynəlxalq Məşqçilik Kursuna ilk dəfə azərbaycanlı qəbul olub

22 avqust, 16:44

Naxçıvanda MİQ üzrə müsahibə mərhələsi yekunlaşıb

22 avqust, 16:06

Kollecə qəbul olanlar üçün qeydiyyat müddəti uzadılıb 

22 avqust, 15:44

"Qarabağda təhsil almaq mənim üçün qürurdur" – İki olimpiada medalçısının seçimi

22 avqust, 15:33

TİF ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında görüş keçirilib

22 avqust, 14:55

“Bizim üçün “Maarifçi” gələcəyin təhsil idarəçisidir” – Mentorlar üçün təlim

22 avqust, 14:21

ADNSU məzunu “Social Hackathon Umbria 2025”də birinci yerin qalibi olub

22 avqust, 13:35

Gəncə və Göygöldə yeni fəaliyyətə başlayacaq liseylərə müəllim qəbulu başlayır

22 avqust, 13:30

Rektor: Bu gün artıq dərsin auditoriyada keçirilməsi kifayət etmir – MÜSAHİBƏ

22 avqust, 13:05

Məktəblərdə xarici dil seçimi necə aparılır?

22 avqust, 12:56

NDU-da bir sıra ixtisaslarda tədris ingilis dilində aparılacaq

22 avqust, 12:46

Uğursuzluqdan sonra qayğı daha vacibdir

22 avqust, 12:42

4SİM və Stenford Beynəlxalq Tədqiqat İnstitutu arasında onlayn görüş keçirilib

22 avqust, 12:29

Sabahın hava proqnozu açıqlanıb

22 avqust, 11:47

Tədris digər dillərdə aparılan V-VI siniflərdə Azərbaycan tarixi dövlət dilində keçiriləcək

22 avqust, 11:43

Yeni dərs ilinin tədris planlarına dair QEYDLƏR

22 avqust, 11:31

Məktəbəhazırlıq qruplarında uşaq sıxlığı necə müəyyənləşdirilir? 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.