Bütün xəbərlər
22 avqust, 12:42

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov ABŞ-nin Stenford Beynəlxalq Tədqiqat İnstitutunun (SRI International - Stanford Research Institute) İnnovasiya Strategiyası və Siyasəti Mərkəzinin direktoru Kristiana MakFarland və institutun Strateji inkişaf üzrə baş direktoru Lourens Li ilə videokonfrans formatında görüşüb.

“Azərbaycan müəllimi” xəbər verir ki, görüş zamanı 4SİM-in fəaliyyət istiqamətləri barədə məlumat verilib, texnologiyaların iqtisadiyyatın şaxələndirilməsində rolu, sənaye 4.0 dövründə rəqəmsal iqtisadiyyatda tələb olunan bacarıqların inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Rəqəmsal iqtisadiyyat, tədqiqat və inkişaf sahələrində mümkün birgə təşəbbüslər nəzərdən keçirilib.

SRI International ABŞ-nin Kaliforniya ştatında yerləşən, elmi-tədqiqat və texnoloji innovasiyalar sahəsində fəaliyyət göstərən müstəqil, qeyri-kommersiya institutudur. Qurum süni intellekt, robototexnika, biotexnologiya, müdafiə, təhsil və sağlamlıq kimi sahələrdə qabaqcıl tədqiqatlar aparır və yeni texnologiyaların kommersiyalaşdırılması ilə məşğuldur.

Qeyd edək ki, tərəflər arasında ilk görüş cari ilin iyun ayında San-Fransiskoda keçirilən Qlobal Texnologiya Forumu (GTR 2025) çərçivəsində baş tutub. Dünya İqtisadi Forumu tərəfindən “GTR 2025” iştirakçıları üçün SRİ-yə təşkil olunan səfərdə 4SİM-in nümayəndə heyəti də iştirak edib.

Şərhlər

Xəbər lenti

22 avqust, 14:21

ADNSU məzunu “Social Hackathon Umbria 2025”də birinci yerin qalibi olub

22 avqust, 13:37

Tovuzda bağçada uşaqların menyusu ilə bağlı narazılıq – Araşdırmalar başlayıb

22 avqust, 13:35

Gəncə və Göygöldə yeni fəaliyyətə başlayacaq liseylərə müəllim qəbulu başlayır

22 avqust, 13:30

Rektor: Bu gün artıq dərsin auditoriyada keçirilməsi kifayət etmir – MÜSAHİBƏ

22 avqust, 13:05

Məktəblərdə xarici dil seçimi necə aparılır?

22 avqust, 12:56

NDU-da bir sıra ixtisaslarda tədris ingilis dilində aparılacaq

22 avqust, 12:46

Uğursuzluqdan sonra qayğı daha vacibdir

22 avqust, 12:29

Sabahın hava proqnozu açıqlanıb

22 avqust, 11:47

Tədris digər dillərdə aparılan V-VI siniflərdə Azərbaycan tarixi dövlət dilində keçiriləcək

22 avqust, 11:43

Yeni dərs ilinin tədris planlarına dair QEYDLƏR

22 avqust, 11:31

Məktəbəhazırlıq qruplarında uşaq sıxlığı necə müəyyənləşdirilir? 

22 avqust, 11:14

MİQ üzrə növbəti vakansiya seçimi mərhələsinə start verilib

22 avqust, 11:11

Yeni dərs ilinin tədris planları təsdiqlənib – ƏMR

22 avqust, 11:07

İlk altı ayda 28 nəfərə professor elmi adı verilib

22 avqust, 11:02

NDU-nun 11 tələbəsi beynəlxalq mübadilə proqramında iştirak hüququ qazanıb

22 avqust, 10:43

Qırğızıstandakı məktəb üçün Azərbaycan dili müəllimi vakansiyası elan edilir

22 avqust, 10:41

Azərbaycanlı olimpiadaçı nüfuzlu universitetə qəbul oldu

22 avqust, 10:38

Məktəbdə işləmək istəyənlərin nəzərinə: vakansiyalar var

22 avqust, 10:11

Məktəblərdə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.