
Avqustun 21-də Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və “Marsol Group”un təsisçisi Tural Mustafayev arasında işgüzar görüş baş tutub.
TİF-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüş zamanı Elnur Nəsibov Fondun missiyası, əsas fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, Fondun təhsilin keyfiyyətini artırmaq, tələbələr üçün yeni imkanlar yaratmaq və onların peşəkar inkişafına dəstək olmaq məqsədilə həyata keçirdiyi təşəbbüslərindən bəhs edib. Fondun icra etdiyi təqaüd proqramları, innovativ layihələr, təlimlər və universitet-biznes əməkdaşlığını gücləndirməyə yönələn təşəbbüslər xüsusi olaraq vurğulanıb.
Daha sonra tərəflər arasında tələbələrin təcrübə proqramlarında iştirakının təmin olunması, təhsil və biznes strukturlarının birgə layihələrdə iştirakı, həmçinin əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub. Bu baxımdan gələcəkdə birgə təlimlərin, mentorluq proqramlarının, startap və innovasiya təşəbbüslərinin həyata keçirilməsi perspektivləri nəzərdən keçirilib.
Tural Mustafayev təhsil və biznesin qarşılıqlı əməkdaşlığının ölkənin iqtisadi və sosial inkişafı üçün mühüm əhəmiyyət daşıdığını bildirib. O, “Marsol Group” və İCMA olaraq gənclərin bilik və bacarıqlarının inkişafına dəstək verən layihələrdə iştirak etməyə hazır olduqlarını vurğulayıb.
Görüşün sonunda tərəflər təhsil və biznes sektorlarının bir araya gəlməsi ilə daha genişmiqyaslı və dayanıqlı nəticələrin əldə edilə biləcəyini qeyd edib.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər