Bütün xəbərlər
22 avqust, 15:44

Mingəçevir şəhərindən olan gənclər özlərinin təhsil  nailiyyətləri ilə diqqət çəkirlər. Onlar oxuduqları təhsil müəssisələrinə başucalığı gətirirməklə yanaşı, ölkənin ən nüfuzlu ali məktəblərinə qəbul olunurlar. Ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlərdən Yusif Süleymanzadə və Respublika fənn olimpiadalarının ikiqat qızıl medal qalibi Hüseyn Əbdürəhimli də məhz belə istedadlı gənclərdəndir. Onların hər ikisi ali təhsil almaq üçün Qarabağ Universitetini seçiblər. 

“Azərbaycan müəllimi” həmin gənclərin uğur hekayələrini təqdim edir.

Hər bir nailiyyətin təməlində zəhmət və inam dayanır

Mingəçevir şəhəri 18 nömrəli tam orta məktəbi bitirən Yusif Süleymanzadə 660.6 bal toplayıb. Təhsil almaq üçün Qarabağ Universitetinin Tibb fakültəsini seçib. Həmsöhbətimiz olan Yusif hər bir nailiyyətin təməlində zəhmət və inamın dayandığını bildirir: “Uşaqlıqdan məsuliyyətli və intizamlı olmağa çalışdım, çünki bilirdim ki, bu keyfiyyətlər məni hədəfimə çatdıracaq. Arzum həkim olmaq idi və onu çatmaq üçün yüksək biliyə malik olmalı və buna görə də   zəhmət çəkməli idim. Mənim üçün ən vacib dərslərimə hazırlıqlı olmaq, ixtisasım üzrə keçdiyim fənləri mükəmməl öyrənmək idi”.

Yusif deyir ki, orta məktəb müəllimləri ona hər zaman güvənərək dəstək olublar. Elə Qarabağ Universitetində ali təhsil almaq istəyini məhz müəllimləri ilə məsləhət edib: “Qarabağda təhsil almaq mənim üçün qürurdur, eyni zamanda məsuliyyətdir.Sinif rəhbərim Həlimə Səfərovanın həyatımda böyük rolu var. Məktəbimizin təşkilati işləri üzrə müavini Xatirə Mahmudova VII sinifdən mənə fizikanı sevdirib, Digər müəllimlərim Fərqanə Məmmədovaya, Gülzar Həmidzadəyə, İlahə Mahmudovaya, Xəyalə Fərəcovaya, Günel Məmmədovaya sonsuz minnətdarlığımı bildirirəm. Onların dəstəyi olmasaydı, bu uğuru qazanmaq çətin olardı.”

Yusif haqqında müəllimləri də xoş sözlər söyləyirlər. Onun çalışqanlığı,yüksək biliyə malik olduğunu qeyd edən müəllimləri hər zaman yetirmələri ilə qürür duyduqlarını, çalışqanlığı, hədəfinə çatmaq üçün göstərdiyi əzmkarlığın digər şagirdlər üçün  nümunə olduğunu bildirirlər.

Tarix fənninə  olan sevgisi…

Mingəçevir şəhəri 20 nömrəli tam orta məktəbin məzunu olan Hüseyn Əbdürəhimli də ali təhsi almaq üçün Qarabağ Universitetini seçib. Onun uğur yolu tarix fənninə olan böyük sevgisindən başlayır. Hüseyn Respublika fənn olimpiadalarında 2022-2023 və 2023-2024-cü illərdə tarix fənni üzrə qızıl medala layiq görülüb.

Hüseyn tarix fənninə olan sevgisindən söz açır: “Mən hər zaman tarixə böyük maraq duymuşam. Tarix fənninə olan marağım getdikcə artırdı və mən Respublika fənn olimpiadalarında iştirak etdim və ardıcıl olaraq iki il qızıl medal qazandım. 


Ən böyük arzum ali təhsilimi “Tarix” ixtisasi üzrə Azərbaycanın tarixi torpaqlarında fəaliyyət göstərən  Qarabağ Universitetində almaqdır”.
Hüseynin bu yolda ən böyük dəstəkçilərindən biri onun tarix müəllimi olmuş Çəmən Əliyevadır. O,Hüseynin istedadından və əzmkarlığından qürur duyduğunu bildirir: “Hüseyn mənim ən çalışqan və istedadlı şagirdlərimdən biri olub. Onun tarixə olan sevgisi və dərsə olan məsuliyyəti məni hər zaman sevindirib.Əminəm ki, o, Qarabağ Universitetində də böyük uğurlara imza atacaq.”

İki məzunumuzun Qarabağ Universitetini seçməsi bizim üçün fəxrdir

Hər iki məzunun təhsil nailiyyətindən qürur hissi ilə söz açan Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri Sevinc Həsənova da Yusif və Hüseynin  ali təhsil almaq üçün Qarabağ Universitetini seçmələrini  yüksək dəyərləndirir: “Bu, onların Vətənə olan sevgisinin və azad edilmiş torpaqlarımızın gələcəyinə olan inamının göstəricisidir. Bizim gənclərimiz xalqımızın milli dəyərlərinə və torpaqlarımıza bağlı olduqlarını sübut edirlər.”

Qarabağ Universitetinin rektorundan bu iki gəncə diqqət

Qarabağ Universitetinin rektoru Şahin Bayramov isə hər iki gəncin seçimindən böyük qürur duyduğunu bildirib: “Hüseyn Əbdürəhimli Respublika fənn olimpiadalarının ikiqat qızıl medalçısı kimi mövcud qaydalara əsasən, müsabiqədənkənar qaydada Qarabağ Universitetinə qəbul olunmaq üçün Dövlət İmtahan Mərkəzinə müraciət edib.Onun Tarix kimi mühüm bir ixtisası məhz Qarabağda təhsil almaq üçün seçməsi bizi çox sevindirir. Bu, gənclərimizin Vətənə olan sevgisinin və işğaldan azad olunmuş torpaqlarımızın gələcəyinə olan inamının bariz nümunəsidir.”

Rektor həmçinin gəncləri təbrik edib: “Mən həm Yusif Süleymanzadəni, həm də Hüseyn Əbdürəhimlini Qarabağ Universitetinin tələbəsi olmaları münasibətilə təbrik edirəm. Onların bilik və bacarıqları ilə Qarabağın daha da inkişaf edəcəyinə əminəm. Hər ikisinə tələbəlik həyatında uğurlar və gələcəkdə peşəkar fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıram.”

1 /2

Şərhlər

Xəbər lenti

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

16 sentyabr, 14:44

MDU-da “İnnovativ Tədris və İnkişaf” layihəsi çərçivəsində dərslərə başlanılıb

16 sentyabr, 14:42

Qazax-Tovuz regionunda 80 təhsil müəssisəsində infrastruktur yenilənib

16 sentyabr, 14:37

Naxçıvanlı karateçilər ölkə çempionatında 1 qızıl, 3 gümüş medal qazanıblar

16 sentyabr, 14:37

ICESCO-nun Baş direktoru Şuşa 1 nömrəli məktəb və Qarabağ Universitetində olub

16 sentyabr, 14:26

“Parla” təqaüd və inkişaf proqramına qəbul üçün qeydiyyat başladı

16 sentyabr, 14:15

Birləşmiş Dünya Məktəbinin ilk azərbaycanlı tələbəsi

16 sentyabr, 13:13

Universitetlərdə aparılan akkreditasiya zamanı hansı nöqsanlar aşkarlanıb?

16 sentyabr, 12:35

Bəzi xarici universitetlər siyahıya düşməmək üçün TKTA-ya müraciət edirlər

16 sentyabr, 12:31

Sədr saxta diplom məsələsinə aydınlıq gətirib

16 sentyabr, 12:28

Qeyri-formal və informal təhsilin tanınması üzrə agentliyə 226 müraciət daxil olub

16 sentyabr, 12:26

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

16 sentyabr, 12:17

“Mühəndislik” ixtisası üzrə xaricdə təhsil alanların peşə imtahanında müvəffəqiyyət göstəriciləri 21 faizdir

16 sentyabr, 12:04

“Hüquqşünaslıq” üzrə imtahanda iştirak edənlərin yalnız 22%-i şəhadətnamə alıb

16 sentyabr, 11:49

6 ali təhsil müəssisəsində institusional akkreditasiya həyata keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.