Bütün xəbərlər
8 may, 16:14

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, konfrans iştirakçıları öncə ulu öndərin xatirə abidə kompleksini ziyarət ediblər.

“Meşəçilk və biomüxtəlifliyin ərzaq təhlükəsizliyinə və əhali sağlamlığına təsiri” mövzusunda keçirilən konfransı giriş sözü ilə açan LDU-nun rektoru, prof. Natiq İbrahimov bu istiqamətdə elmi araşdırmalara böyük zərurət olduğunu bildirib. Qeyd edib ki, Yer kürəsində bioloji müxtəlifliyin qorunması bütün bəşəriyyətin ümumi vəzifəsi və davamlı inkişafın tərkib hissəsi olmalıdır. Azərbaycanda da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirildiyini deyən rektor ümummilli lider Heydər Əliyevin dediklərini konfrans iştirakçıların diqqətinə çatdırıb:

“Ətraf mühitə insani münasibət göstərilməsi, biomüxtəlifliyin qorunub saxlanılması bizim gələcəyimiz üçün çox vacibdir. Biz təbiətdən təcrid olunmuş şəkildə yaşaya bilmərik”.

Prof. Natiq İbrahimov bildirib ki, əhalinin ərzaq məhsulları ilə təmin edilməsi dövlət üçün mühüm əhəmiyyət kəsb edən və həlli vacib olan sosial-iqtisadi problemlərdən biridir, dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Belə ki, bu problemin həlli milli, iqtisadi, sosial, demoqrafik və ekoloji faktorların geniş spektrini əhatə edir. Buna görə də dövlət səviyyəsində sosial-iqtisadi sistem ərzaq təhlükəsizliyi ilə sıx əlaqədardır.

Beynəlxalq elmi-praktiki konfransın işində iştirak edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva çıxışında qeyd edib ki, bu gün biomüxtəlifliyə ən böyük təhlükə meşə sahələrinin sürətlə azalmasıdır, təkcə 2001-2021-ci illər arasında Yer kürəsində 437 milyon hektar meşəlik ərazisi azalıb. Bu rəqəmlər bizi ciddi narahat etməli, problemin həlli yolunda birgə və səmərəli fəaliyyətə təşviq etməlidir.

Konfransın plenar iclasında prof. Mikayıl Məhərrəmov, dos. Ramiz Şəmmədov və dos. Balayar Şahbazovun məruzələri dinlənilib.

Plenar iclasdan sonra konfrans işini Aqrar və iqtisadiyyat elmləri, Təbiyyat elmləri bölmələrində davam etdirib.

Qeyd edək ki, 9 xarici ölkənin qatıldığı konfransın işində 13 beynəlxalq, 26 respublika ali təhsil müəssisəsi və elmi təşkilat iştirak edir. Konfransa 100-dən artıq məqalə və tezis təqdim edilib.

1 /6

Şərhlər

Xəbər lenti

22 oktyabr, 18:53

AzTU-da əcnəbi tələbələr üçün maarifləndirici tədbir keçirilib

22 oktyabr, 18:49

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək - SƏRƏNCAM 

22 oktyabr, 17:25

Şagirdlərin dərsi həqiqətən mənimsədiyini necə öyrənə bilərik? - 5 SADƏ ADDIM

22 oktyabr, 15:33

VII sinif şagirdi məktəbin pəncərəsindən yıxılıb - Rəsmi açıqlama

22 oktyabr, 15:31

ABŞ-də yeni məktəb modeli: Hər gün yalnız 2 saat akademik dərs  

22 oktyabr, 15:23

Diaqnostik qiymətləndirmə bağçaların idarəçiliyindəki boşluqları aradan qaldıra bilər - Deputat

22 oktyabr, 15:21

Vüsal Göyüşov: Din təhsili müasir pedaqoji yanaşmalarla zənginləşdirilməlidir

22 oktyabr, 13:12

Rektor: Azərbaycan və Türkiyə universitetləri ortaq gələcək formalaşdırır

22 oktyabr, 13:01

Rektor: Mədrəsə təhsili radikallığın birbaşa mənbəyi deyil

22 oktyabr, 12:55

Zaqatalanın kənd məktəbində işləmək istəyən müəllimlərin NƏZƏRİNƏ

22 oktyabr, 12:05

Məktəb kitabxanaları – Düşünən gəncliyin təməl beşiyi

22 oktyabr, 11:51

Rafael Hüseynov: Sağlam din qədər mükəmməl təhsil də zəruridir

22 oktyabr, 11:42

Təhsilalanlarda din haqqında təsəvvürlərin formalaşmasına diqqət yetirilir - Nazir müavini

22 oktyabr, 11:37

Firudin Qurbanov: Dinlər haqqında məlumatlılıq gənclərdə dinlərə qarşı hörmət formalaşdırır

22 oktyabr, 11:32

Rektor: Dini təhsili müasir çağırışlara uyğun qurmaq lazımdır

22 oktyabr, 11:28

Komitə sədri: Qlobal çağırışlar nəzərə alınmadan uğurlu dini təhsil modeli yaratmaq mümkün deyil

22 oktyabr, 11:25

“Dini təhsil cəmiyyətin sabitliyinə xidmət etməlidir” – Ramin Məmmədov

22 oktyabr, 10:52

Bakıda müasir din təhsili modelləri ilə bağlı beynəlxalq simpozium keçirilir

22 oktyabr, 10:46

AzMİU-da alternativ enerji üzrə innovativ tədqiqatlar genişləndiriləcək

22 oktyabr, 10:07

Mütaliə: Ucqar kənddən başlayan təhsil modeli

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.