
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində aprelin 21-də bir sıra görüşlər keçirib.
“Azərbaycan müəllimi” xəbər verir ki, Hanoy Ticarət və Turizm Kollecində Leyla Əliyeva yaradıcı sənaye nümayəndələri və təhsil müəssisələrinin liderləri, eləcə də sovet dövründə Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş zamanı Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sertifikatı təqdim edilib.
Daha sonra Dünya Barbekü Assosiasiyasının vitse-prezidenti, tanınmış aşpaz David İsrafilov tərəfindən Azərbaycan mətbəxinin nümunələrinin təqdimatı olub.
1 /16
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər