Bütün xəbərlər
22 yanvar, 10:26

21 yanvar tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Gənc Alimlər Şurasının növbəti iclası keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, iclasda Şuranın bütün üzvləri iştirak ediblər. Gənc Alimlər Şurasının sədri Aygün Qədirova iclasın başlanğıcında gündəlikdəki məsələləri təqdim edərək, iştirakçılara iclasın məqsədini açıqlayıb.

İclasın əsas gündəlik məsələlərindən biri, universitetin elmi və innovativ fəaliyyətinin gücləndirilməsi ilə bağlı olub. Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev MDU-nun yeni dövrün universitetinə çevrilməsində Gənc Alimlər Şurası üzərinə düşən məsuliyyətdən danışaraq bu istiqamətdə səylərin daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Vüqar Mustafayev çıxış edərək, MDU-nun elmi potensialının inkişaf etdirilməsi və universitetin gələcəkdə elm sahəsindəki müsbət nüfuzunu daha da artırması üçün Gənc Alimlər Şurasının üzərinə düşən mühüm məsuliyyətlərə diqqət çəkib. O, Şuranın fəaliyyətinin universitetin müasir tələblərə uyğun şəkildə inkişafına mühüm töhfə verəcəyini qeyd edib və bu istiqamətdə səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

İclasda həmçinin universitetin gənc alimləri və tələbələrinin elmi fəaliyyətlərini stimullaşdırmaq məqsədilə bir sıra yeni layihələr və təkliflər irəli sürülüb. Şura üzvləri arasında keçirilən müzakirələrdə, müxtəlif elmi sahələrdəki aktual məsələlər, elmi-tədqiqatların inkişafı və elmi nəticələrin cəmiyyətə təqdim edilməsi mövzuları geniş şəkildə müzakirə edilib. Müzakirələr zamanı müxtəlif təkliflər səsləndirilib və bu təkliflər universitetin elmi inkişafına dəstək verilməsi məqsədilə şuranın fəaliyyətində nəzərə alınacağı bildirilib.

İclasın yekununda Gənc Alimlər Şurası üzvlərinin qarşıdakı dövr üçün planlarını və fəaliyyət istiqamətlərini müzakirə edərək, konkret addımlar atılacağı qərarını alıblar.

1 /5

Şərhlər

Xəbər lenti

11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

11 iyul, 11:35

Bağçalara qəbul başlayır

11 iyul, 11:30

İzmirdə ikili diplom proqramının akademik heyəti və məzun tələbələrlə görüş keçirilib

11 iyul, 11:25

Gəncədə “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

11 iyul, 11:10

“HTP sayəsində ölkəmizi layiqincə təmsil etməyə çalışdım” – Çində təhsil alan tələbə

11 iyul, 10:49

Peşə təmayüllü siniflərdə çalışmaq istəyənlərin NƏZƏRİNƏ!

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.