Bütün xəbərlər
11 iyul, 13:53

Azərbaycan Milli Mətbuatının 150, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) 30 illik yubileyləri münasibətilə sərbəst güləş üzrə yeniyetmə və gənclər arasında Respublika turnirinə start verilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, turnir Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) ev sahibliyi,  AİJA-nın təşkilatçılığı, Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə həyata keçirilib.

AzMİU-nun İdman Korpusunda gerçəkləşən açılış mərasimində universitetin tədris işləri üzrə prorektoru professor Akif Qasımov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev, Milli Olimpiya Komitəsinin (MOK) idman idarəsinin müdiri Həsənağa Rzayev, MOK-un mətbuat katibi, “Olimpiya dünyası” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyev, AİJA-nın prezidenti Eldar İsmayılov, vitse-prezident Ramin Allahverdiyev, Olimpiya mükafatçısı Hacı Əliyev və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçılarının çıxışlarında ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısı xüsusi vurğulanıb, bu qəbildən olan turnirlərin yeniyetmə və gənc idmançıların peşəkar səviyyədə formalaşmasına töhfə verdiyi bildirilib.

Prorektor professor Akif Qasımov çıxışında gənc güləşçilər arasında gələcəyin Avropa, dünya və Olimpiya çempionlarının yetişəcəyinə inandığını bildirib, dövlət rəhbərliyinin idmana göstərdiyi dəstəyi yüksək dəyərləndirib.

AİJA-nın prezidenti Eldar İsmayılov hər üç yubiley münasibətilə təbriklərini çatdıraraq, turnirdə iştirak edən güləşçilərə uğurlar arzulayıb.

Əməkdar jurnalist Murad Fərzəliyev çıxışında Respublika turnirinin gənc idmançılar üçün önəmli imkan yaratdığını qeyd edib, onların gələcəkdə böyük uğurlar qazanacaqlarına əminliyini ifadə edib.

Tədbirdə, həmçinin AzMİU-nun 50 illik yubileyi münasibətilə Milli Olimpiya Komitəsinin adından Universitetə xatirə hədiyyəsi təqdim olunub.Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə koordinatoru, Olimpiya mükafatçısı Hacı Əliyev yarışın əhəmiyyətindən danışaraq, iştirakçılara öz tövsiyələrini verib.

Daha sonra AzMİU-nun müxtəlif yarışlarda uğur qazanmış idmançı tələbələri mükafatlandırılıb.

Rəsmi hissənin sonunda Respublika turnirinə start verilib.

Qeyd edək ki, turnirdə ölkənin müxtəlif bölgələrindən 200-ə yaxın yeniyetmə və gənc güləşçi iştirak edir.

1 /5

Şərhlər

Xəbər lenti

27 sentyabr, 20:42

Qarabağ Universitetində Anım Gününə həsr olunan forum keçirilib

27 sentyabr, 18:23

Nazir: Dərs vəsaitlərini ödənişlə verən müəllimlərlə bağlı araşdırmalar aparılıb

27 sentyabr, 16:16

Emin Əmrullayev: Nazirlik qanun pozuntularına reaksiya verir

27 sentyabr, 16:15

Nazir: Neqativ hallara qarşı birgə mübarizə aparmalıyıq

27 sentyabr, 16:14

LDU-da “Sizləri kimsə unutmaz” adlı ədəbi-bədii kompozisiya keçirilib

27 sentyabr, 15:09

Zəfər Parkı ziyarət edilib

27 sentyabr, 13:01

Tarix öyrədən və tarix yazan MÜƏLLİM

27 sentyabr, 11:45

Şəhid qardaşı bacısının xatirələrində: “Stulun üstünə çıxıb həmişə o şeiri deyirdi”

27 sentyabr, 09:27

Gəncə, Bərdə, Tərtər – Sınmayan iradə

26 sentyabr, 19:13

ADNSU-da Rektorlar Klubunun VI toplantısı keçirilib    

26 sentyabr, 18:08

İSİ-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib

26 sentyabr, 18:02

Güclü külək məktəbin darvazasını aşırıb

26 sentyabr, 17:28

NDU-da Anım Gününə həsr olunmuş tədbir keçirilib

26 sentyabr, 17:12

Milli rəqslərimizin ürək xəstəliklərinə təsirini araşdırır – MÜSAHİBƏ

26 sentyabr, 17:09

MDU-da Anım Gününə həsr olunmuş tədbir keçirilib

26 sentyabr, 17:04

Saatlıda kənd məktəbinin yeni tikilmiş binasının açılışı olub

26 sentyabr, 16:24

Naxçıvanda Anım Günü ilə bağlı onlayn dərs keçirilib

26 sentyabr, 16:17

EATDA və Nazarbayev Universiteti arasında əməkdaşlıq müzakirə edilib

26 sentyabr, 16:08

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

26 sentyabr, 15:51

Şagirdlərin peşə seçiminə yardım edən “Peşə seçimi” aləti təqdim olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.