
Elm və Təhsil Nazirliyi hüquq-mühafizə orqanı deyil.
“Azərbaycan müəllimi” APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə qanun pozuntularına cəza verilməsi hallarına münasibət bildirərkən deyib.
O bildirib ki, nazirlik tənzimləyici qurumdur və hər bir halda qanun pozuntusuna reaksiya verir.
“Mənə elə gəlir ki, məktəblərdə qanun pozuntuları o vaxta qədər davam edəcək ki, nə vaxt bizim cəmiyyət anlayacaq ki, bu davranış qəbuledilməzdir. Yəni biz bu prosesi hamı ilə birlikdə etməliyik ki, məktəbdaxili qaydalara hamı riayət etsin", - nazir qeyd edib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər