
Saatlı rayonu İkram Ağayev adına Nabatkənd kənd tam orta ümumtəhsil məktəbinin yeni tikilmiş binasının açılış mərasimi keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, mərasimdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Heydər Əliyev Fondunun əməkdaşı Elvin Astanov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov, idarə əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər məktəbin pedaqoji kollektivini və şagirdləri məktəbin yeni inşa olunmuş binasının istifadəyə verilməsi ilə bağlı təbrik ediblər, onlara müvəffəqiyyətlər arzulayıblar. Bildirilib ki, yarandığı gündən təhsil sahəsinə xüsusi həssaslıqla yanaşan, bu sahənin inkişafını fəaliyyətinin prioritet istiqaməti elan edən Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” kimi proqramları icra edərək, ölkəmizdə bu sahəyə öz dəstəyini göstərir. Müasir tələblərə uyğun inşa edilən bu məktəb binasında da tədrisin yüksək səviyyədə təşkili üçün bütün zəruri şərait yaradılıb.
Məktəb 624 şagird yerlikdir. Tədris binasında 25 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, 1 informatika otağı, kitabxana, 210 nəfərlik akt zalı, idman zalı və hərbi hazırlıq kabineti var. Məktəbdə 533 nəfər şagird təhsil alır. Təhsil müəssisəsinin 36 nəfər pedaqoji, 16 nəfər texniki işçisi var.
Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar, sinif otaqlarına, fənn kabinetlərinə, idman və akt zallarına baxış keçiriblər.
1 /17
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər