Bütün xəbərlər
26 sentyabr, 14:28

Sentyabrın 23-də tanınmış tarixçi alim, yazıçı İlber Ortaylı Naxçıvan Dövlət Universitetində olub. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, elm xadimi İlber Ortaylı universitetin konservatoriyasının önündə qarşılanıb, İncəsənət fakültəsinin sərgi salonunda müəllim və tələbələrin əl işlərindən ibarət sərgiyə baxış olub.

Görüşdə universitetin rektoru Elbrus İsayev professor İlber Ortaylını ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib. Rektor qeyd edib ki, Naxçıvan Dövlət Universitetinin tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır və bu gün də Ümummilli Liderin ideyalarını yaşadan dövlətçilik universitetidir. Rektor ali təhsil ocağının qardaş Türkiyə universitetləri ilə qurulan əməkdaşlıq əlaqələrindən bəhs edib, vurğulayıb ki, Türkiyənin 80 universiteti ilə birbaşa əlaqələr var və hazırda 1500-dən artıq türkiyəli tələbə təhsil alır.

Elbrus İsayev universitetdə konservatoriyanın yaradılmasının da məhz dahi şəxsiyyət Heydər Əliyevin imzası ilə reallaşdığını qeyd edib, bu gün İncəsənət fakültəsinin öz çoxşaxəli tədris proqramı ilə kadr hazırlığında özünəməxsus yeri olduğunu söyləyib. Rektor rəhbərlik etdiyi ali təhsil ocağının incəsənət kollektivləri sırasında Universitetin 150 nəfərlik simfonik orkestri,  Tələbə Teatr Studiyası, “Qədim Xalq Çalğı Alətləri” ansamblı olduğunu bildirib, vurğulayıb ki, simfonik orkestr Azərbaycan ali məktəbləri arasında yaradılan ilk musiqi kollektividir.

Tanınmış elm xadimi İlber Ortaylı universitetin konservatriyası ilə yaxından tanış olub, müəllim və tələbələrlə görüşüb. Naxçıvan Dövlət Universitetinin Orkestr alətləri və dirijorluq kafedrasının professoru, Azərbaycan Respublikasının Xalq artisti Çingiz Axundovun dərsində iştirak edən tarixçi-alim, tələbələrin ifasında dünyaşöhrətli Azərbaycan musiqiçisi Müslüm Maqomayevin “Azərbaycan” mahnısını heyranlıqla dinləyib. Professor ali təhsil ocağında görüşün yaddaqalan olduğunu qeyd edib, starteji coğrafi mövqedə yerləşən Naxçıvanda Konservatoriyası, Simfonik Orkestri olan Naxçıvan Dövlət Universitetində mənəvi dəyərlərin qorunması və yaşadılması yönündə fəaliyyəti yüksək dəyərləndirib. Tanınmış alim İncəsənət fakültəsində Türkiyənin bir çox bölgəsindən tələbələrin təhsil aldığını və bu sayın artacağına əminliyini ifadə edib.   

Sonra simfonik orkestrin bir qrup heyəti ilə xatirə fotosu çəkdirilib və professor İlber Ortalı universitetin televiziyasına xüsusi müsahibə verib.

Qeyd edək ki, tanınmış türkiyəli tarixçi-alim, Türk Tarix Qurumunun fəxri üzvü, yazıçı İlbər Ortaylı Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı və dəvəti ilə 20-23 sentyabr tarixlərində Naxçıvanda səfərdə olub. 

1 /9

Şərhlər

Xəbər lenti

26 sentyabr, 19:13

ADNSU-da Rektorlar Klubunun VI toplantısı keçirilib    

26 sentyabr, 18:08

İSİ-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib

26 sentyabr, 18:02

Güclü külək məktəbin darvazasını aşırıb

26 sentyabr, 17:28

NDU-da Anım Gününə həsr olunmuş tədbir keçirilib

26 sentyabr, 17:12

Milli rəqslərimizin ürək xəstəliklərinə təsirini araşdırır – MÜSAHİBƏ

26 sentyabr, 17:09

MDU-da Anım Gününə həsr olunmuş tədbir keçirilib

26 sentyabr, 17:04

Saatlıda kənd məktəbinin yeni tikilmiş binasının açılışı olub

26 sentyabr, 16:24

Naxçıvanda Anım Günü ilə bağlı onlayn dərs keçirilib

26 sentyabr, 16:17

EATDA və Nazarbayev Universiteti arasında əməkdaşlıq müzakirə edilib

26 sentyabr, 16:08

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

26 sentyabr, 15:51

Şagirdlərin peşə seçiminə yardım edən “Peşə seçimi” aləti təqdim olunub

26 sentyabr, 15:23

Ali məktəblərə ödənişli əsaslarla qəbul olan bəzi tələbələr dövlət sifarişi ilə təhsil alacaqlar 

26 sentyabr, 15:11

Qəbul imtahanlarında yeni test modeli tətbiq olunacaq? - DİM-dən açıqlama

26 sentyabr, 15:05

"İnklüziv təhsilin əhatə dairəsi genişləndirilməlidir" – Deputat

26 sentyabr, 15:02

LDU-da Anım Gününə həsr olunan tədbir keçirilib

26 sentyabr, 14:59

“İnformasiya mənbələrinin çoxluğu gəncləri peşə seçimi dövründə stresə sala bilər” – DİM 

26 sentyabr, 14:41

Kəlbəcər məktəbliləri Anım Gününü ilk dəfə öz rayonlarında qeyd etdilər

26 sentyabr, 14:38

Bu il 195 nəfər şəhid və qazi övladı ali məktəblərə qəbul olub

26 sentyabr, 13:52

Fariz İsmayılzadə: Heç bir uşaq imtiyazlardan kənarda qalmamalıdır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.