
“Bu il IX sinifdə – buraxılış imtahanında ingilis dilində yeni test modeli təqdim olundu. Həmin testlər üzərində uzunmüddətli araşdırmalar, Elm və Təhsil Nazirliyi ilə birgə müzakirələr aparıldı. Bunun nəticəsində şagirdlərin göstəriciləri də qənaətbəxş oldu”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DIM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə söyləyib.
O qeyd edib ki, bu il XI sinif buraxılış imtahanında da həmin model tətbiq olunacaq: “Artıq bir neçə gün əvvəl buraxılış və qəbul imtahanlarının proqramları açıqlanıb. Orada imtahana düşəcək mövzular təqdim olunub”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər