
“Peşə seçimi testləri üç əsas istiqaməti – təfəkkür növləri, şəxsi xüsusiyyətlər və peşə maraqları testlərini əhatə edir. Bu testlər kompüterdə elektron formada edilir. Burada doğru və ya səhv cavab yoxdur. Sadəcə mümkün qədər dürüst olmaq yetərlidir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu şagirdlərin gələcək peşə istiqamətlərinin müəyyənləşdirilməsinə kömək etmək məqsədilə hazırlanmış “Peşə seçimi” alətinin təqdimat mərasimində Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun müdiri Sevinc Məmmədova söyləyib.
O bildirib ki, müasir dövrdə informasiya mənbələri çoxdur, bu da gəncləri peşə seçimi dövründə stresə sala bilər: “Bu alət vasitəsilə özlərini hələ kəşf etməyən, öz maraq dairəsini bilməyən abituriyentlərlə əks-əlaqəyə keçərək onlara peşə seçimində kömək ola biləcəyik”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər