“Bu gün Azərbaycanda 60-70 min sağlamlıq imkanı məhdud olan uşaq var”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, dünyada hər doğulan 39 uşaqdan 1-də sağlamlıq imkanları məhdud şəkildə dünyaya gəlir:
"Onlardan 12 minə qədər uşaq inklüziv təhsilə cəlb olunub, 7750-i evdə təhsil alır. Son rəqəmə görə, bizim 70-ə yaxın belə məktəbimiz var. Xüsusilə, bölgələrdə sağlamlıq imkanları məhdud uşaqlarla bağlı problemlər yaşanır. Biz bu imkanları artırmaq, inklüziv təhsili təkcə Bakıda yox, bölgələrdə də genişləndirmək barədə düşünməliyik”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər