Bütün xəbərlər
27 sentyabr, 20:42

Qarabağ Universitetində Pedaqoji fakültənin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunan "Zəfər yolumuz" mövzusunda forum keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, forumda universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Forumun açılışında çıxış edən Qarabağ Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədov gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşdırılması baxımından tədbirin önəmindən danışıb. Qarabağ Müharibəsi mövzusunda tədqiqatçı, filologiya elmləri doktoru Mərziyyə Nəcəfovanın moderatorluğu ilə keçirilən forumun panel müzakirəsində I Qarabağ Müharibəsi veteranı, Qarabağ Universitetinin “Pedaqogika” kafedrasının dosenti Tərlan Qarayev, 2016-cı il Aprel döyüşlərinin iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Ağasəmi Şahgəldiyev, Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun atası Aydın Həsənov, Vətən Müharibəsi Qəhrəmanı, mayor Zaur Hüseynov və 2023-cü il antiterror əməliyyatının iştirakçısı, Qarabağ Universitetinin tələbəsi İlqar İsgəndərli çıxış ediblər.

Azərbaycanın müasir tarixinin şanlı səhifələri, xalqımızın qəhrəmanlıq nümunələri və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Sonda Qarabağ Universitetinin Pedaqoji fakültəsinin dekanı Kəklik Gözəlova çıxış edərək forumun təşkilində əməyi olanlara və iştirakçılara təşəkkürünü bildirib.

Qeyd edək ki, sözügedən forum 27 sentyabr – Anım Günü münasibətilə Qarabağ Universitetində nəzərdə tutulmuş silsilə tədbirlər çərçivəsində təşkil olunub.

1 /7

Şərhlər

Xəbər lenti

18 oktyabr, 10:09

“Müəllimlərimizin tərbiyəsi nəticəsində gənclərimiz qəhrəman oldular” – Anar İsgəndərov

18 oktyabr, 10:01

Azərbaycanlı alim ABŞ-də yüksək vəzifəyə təyin olunub

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

17 oktyabr, 13:43

İnnovativ tədris yanaşmalarını özündə birləşdirən HP IDEA təlimləri davam edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.