Bütün xəbərlər
22 avqust, 10:38

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində hazırda vakant olan təsərrüfat müdiri, təsərrüfat işləri üzrə direktor müavini, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri (GÇHR), psixoloq vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilir.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə bildirilib ki, müsabiqə 3 mərhələdən (qeydiyyat, test və müsahibə) ibarət olacaq.

Qeyd edilən vakant vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 22 avqust 2025-ci il tarixindən 27 avqust 2025-ci il tarixinədək (iş günlərində), saat 10:00-dan 17:00-a kimi Qazax-Tovuz Regional Təhsil İdarəsinə yaxınlaşmaqla qeydiyyatdan keçə bilərlər. 

Təsərrüfat müdiri və təsərrüfat işləri üzrə direktor müavini vəzifələri üzrə qeydiyyat zamanı tələb olunan sənədlər:

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

- təhsil haqqında sənədin surəti;

- əmək kitabçasının surəti (mütləqdir).

Təsərrüfat müdiri vəzifəsi üzrə namizədlər üçün tələblər:

- müvafiq sahə üzrə orta ixtisas təhsili, 1 ildən az olmayaraq müvafiq iş üzrə iş stajı;

- ümumi orta təhsili və 3 ildən az olmayaraq müvafiq iş üzrə iş stajı.

Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi üzrə namizədlər üçün tələblər:

- orta ixtisas təhsili və ya ali təhsil, 3 ildən az olmayaraq əmək stajı.

Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri (GÇHR) vəzifəsi üzrə qeydiyyat zamanı tələb olunan sənədlər:

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

- təhsil haqqında sənədin surəti;

- hərbi biletin surəti (mütləqdir);

- əmək kitabçasının surəti (olduğu halda).

Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri (GÇHR) vəzifəsi üzrə namizədlər üçün tələblər:

- müvafiq sahə üzrə ali təhsil;

- ali hərbi təhsil;

- ehtiyatda olan gizir, zabitlər (xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmış şəxslər istisna olmaqla)

Psixoloq vəzifəsi üzrə qeydiyyat zamanı tələb olunan sənədlər:

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

- təhsil haqqında sənədin surəti (mütləqdir);

- əmək kitabçasının surəti (olduğu halda).

Psixoloq vəzifəsi üzrə namizədlər üçün tələblər:

- psixologiya üzrə ali təhsil.

Qeyd: Namizədlərin qeydiyyat üçün İdarəyə gələrkən sənədlərin surətləri ilə yaxınlaşması mütləqdir.

Tələblərə uyğun namizədlər test imtahanı mərhələsinə dəvət olunacaqlar. 

Test imtahanında namizədlərə “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na müvafiq olaraq qanunvericilik üzrə 20 sual, dünyagörüşü üzrə 10 sual, məntiq və İKT bilikləri üzrə hər birinə aid 5 sual olmaqla ümumilikdə 40 test tapşırığı təqdim ediləcək. Test imtahanı mərhələsində keçid balı 20 baldır.

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.

https://e-qanun.az/framework/37434

Müsahibə zamanı yoxlanılacaq meyarlar:

- Vəzifə üzrə nəzəri biliklər;

- Şəxsi keyfiyyətlər;

- İKT bacarıqları.

Aşağıdakı keçid vasitəsilə vakant yerlərin siyahısı ilə tanış ola bilərsiniz:

https://drive.google.com/.../13SiR3.../view...

Şərhlər

Xəbər lenti

22 avqust, 11:47

Tədris digər dillərdə aparılan V-VI siniflərdə Azərbaycan tarixi dövlət dilində keçiriləcək

22 avqust, 11:43

Yeni dərs ilinin tədris planlarına dair QEYDLƏR

22 avqust, 11:31

Məktəbəhazırlıq qruplarında uşaq sıxlığı necə müəyyənləşdirilir? 

22 avqust, 11:14

MİQ üzrə növbəti vakansiya seçimi mərhələsinə start verilib

22 avqust, 11:11

Yeni dərs ilinin tədris planları təsdiqlənib – ƏMR

22 avqust, 11:07

İlk altı ayda 28 nəfərə professor elmi adı verilib

22 avqust, 11:02

NDU-nun 11 tələbəsi beynəlxalq mübadilə proqramında iştirak hüququ qazanıb

22 avqust, 10:43

Qırğızıstandakı məktəb üçün Azərbaycan dili müəllimi vakansiyası elan edilir

22 avqust, 10:41

Azərbaycanlı olimpiadaçı nüfuzlu universitetə qəbul oldu

22 avqust, 10:11

Məktəblərdə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayır

22 avqust, 09:47

Məktəblərdə metodik xidmətin təkmilləşdirilməsi ilə bağlı görüş keçirilib

22 avqust, 09:42

Peşə təhsili müəssisələrinə işə qəbul üçün vakansiya seçimi başlayıb

22 avqust, 09:38

EATDA ilə ADNSU nümayəndə heyəti arasında görüş keçirilib

22 avqust, 09:30

“Uşaqları başqalarının yanında alçaltmaq olmaz” – Qabaqcıl müəllimlər danışır

21 avqust, 18:20

MİQ-in müsahibə mərhələsinin II günü

21 avqust, 18:07

Naxçıvanda Regional Ailə mərkəzləri yaradılacaq

21 avqust, 17:52

Xətai rayonundakı yanğın məktəb ərazisində baş verməyib

21 avqust, 16:53

450 min təhsil işçisinə güzəştli kart veriləcək

21 avqust, 16:41

Elm və təhsil işçilərinə 19 minə yaxın yollayış verilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.