Bütün xəbərlər
7 iyul, 11:42

4 iyul tarixində Şamaxı şəhərində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrində məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir çağırışlara uyğun təşkili və strateji planlaşdırılması məqsədilə “Məktəbəqədər təhsilin məzmunu, təşkili strategiyaları və planlaşdırma” mövzusunda təqdimat keçirilib.

Bu barədə Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, tədbirdə Şamaxı Rayon Təhsil Sektorunun nümayəndələri, İsmayıllı, Ağsu, Qobustan və Şamaxının məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, metodistlər və tərbiyəçi-müəllimlər iştirak ediblər.

Təqdimatın əsas məqsədi məktəbəqədər təhsilin məzmununun yeni kurikulum yanaşmalarına uyğunlaşdırılması, təlim prosesinin strategiyalarla daha məqsədyönlü və nəticəyönümlü qurulması, eləcə də təlimin planlaşdırılmasında səmərəli metod və vasitələrin tətbiqinin səmərəli təşkili və planlaşdırma mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində iştirakçılara nəzəri və praktik biliklərin çatdırılması olub. Tədbirdə məktəbəqədər yaş dövrünün uşaqların şəxsiyyətinin formalaşmasında həlledici mərhələ olduğu vurğulanıb. Çıxış edənlər məktəbəqədər təhsilin uşaqyönümlü, inklüziv, fərdi yanaşmalara əsaslanmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, bu mərhələdə planlaşdırma və məzmunun düzgün qurulması uşaqların idraki, sosial-emosional və fiziki inkişafını stimullaşdıran mühüm amildir.

Tədbir çərçivəsində iştirakçılara müasir planlaşdırma modeli, məqsəd və gözlənilən nəticələrin necə müəyyən olunması, həmçinin cari və perspektiv planların tərtibatı ilə bağlı praktiki nümunələr təqdim olunub.

Müzakirələr zamanı iştirakçılar məktəbəqədər təhsilin aktual problemləri, idarəetmədə qarşıya çıxan çətinliklər, valideynlərlə əməkdaşlığın səmərəli təşkili və tərbiyəçi-müəllimlərin peşəkar inkişafı mövzularına da toxunublar. Eyni zamanda oyun əsaslı təlim, layihə və tədqiqat yanaşmalarının inteqrasiyası kimi müasir metodların tətbiqi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Təqdimat iştirakçılar tərəfindən yüksək dəyərləndirilib, onlar bu kimi tədbirlərin davamlı keçirilməsinin məktəbəqədər təhsilin inkişafına mühüm töhfə verəcəyini bildiriblər.

1 /1

Şərhlər

Xəbər lenti

7 iyul, 15:27

II və III qruplar üzrə qəbul imtahanının düzgün cavabları açıqlanıb

7 iyul, 14:58

9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ!

7 iyul, 14:35

Veb-texnologiyaları üzrə “WorldSkills Azərbaycan 2025” yarışı yekunlaşıb

7 iyul, 14:35

İmişlidə ilk dəfə orta məktəbin fəaliyyəti tam orta təhsil səviyyəsi üzrə təşkil edilir

7 iyul, 14:30

“Olimpiadalar real bacarıqlara fokuslanmaq imkanı verir” – Beynəlxalq olimpiadadan medalla qayıdanlar

7 iyul, 13:31

DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verib

7 iyul, 12:56

Sabahın hava proqnozu açıqlanıb

7 iyul, 12:40

Gömrük Akademiyasında “Məzun günü” keçirilib

7 iyul, 11:25

Peşə təhsilini bitirmədən iş təklifi aldı – Uğur hekayəsi

7 iyul, 11:15

Geomaqnit qasırğası gözlənilir

7 iyul, 11:04

Universitetlər üçün tələbələrin köçürülməsi ilə bağlı təlimlər keçirilib

7 iyul, 11:00

Quba-Xaçmaz regionunun müəllimlərinin kurikulumla bağlı bilikləri artırılır

7 iyul, 10:58

Magistratura üzrə ixtisas seçimi başlayır

7 iyul, 10:55

Naxçıvanda ötən tədris ilinin İLKLƏRİ

7 iyul, 10:25

“BMU-nun dünyanın ən yaxşı 1000 universiteti sırasına daxil olması tarixi nailiyyətdir” – MÜSAHİBƏ

7 iyul, 10:10

Elm fədaisi, müəllim, ziyalı, milli fəxrimiz – Yusif Məmmədəliyev–120

7 iyul, 09:50

Nazir müavini Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının heyəti ilə görüşüb

7 iyul, 09:43

“WorldSkills Azerbaijan” qaynaqçılıq üzrə yarışın qalibləri müəyyənləşib

7 iyul, 09:24

25 ilin işığında

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.