Bütün xəbərlər
14 iyun, 18:03

Məktəb illərinin sonuncu günü hər kəsin həyatında unudulmaz bir gündür. İllər keçsə də həmin günün həyəcanı, göz yaşları, gülüşləri və vidalaşma anları ruhumuzda iz buraxır. Son zəngin sədası insan yaddaşının ən dərin qatlarında qalır. Uşaqlıq illərimizin səssiz şahidi olan məktəb divarları, tənəffüsdə qaçdığımız dəhlizlər, sinif otaqları, müəllimlərin təbəssümləri, sinif yoldaşları ilə keçirdiyimiz maraqlı anlar bir zəngin səsinə qarışaraq geridə qalır. Məktəb illərinin yekunu olan sonuncu zəng hər kəs üçün həm qürur, həm həyəcan, həm sevinc, həm də kədər hissləri ilə unudulmaz xatirəyə çevrilir. Çünki “Son zəng”dən sonra həyatın yeni səhifəsi açılır. 
Hər kəsin “Son zəng” xatirəsi fərqlidir. Kimi gülərək, kimi göz yaşlarını gizlədərək vidalaşır məktəblə. “Azərbaycan müəllimi” millət vəkillərinin “Son zəng”lə bağlı unudulmaz xatirələrini və bugünkü məzunlara verdiyi mesajları təqdim edir.

““Son zəng” gününə yanaşmam tamam fərqli, daha çox emosional hisslər ön planda idi”

Milli Məclisin deputatı Elçin Mirzəbəyli:

““Son zəng” bir mərhələnin sonu, yeni bir dövrün başlanğıcıdır. Təbii ki, həmin illərdə 16 yaşlı bir gənc olaraq, “Son zəng” gününə yanaşmam tamam fərqli, daha çox emosional hisslər ön planda idi. Bizim dövrdə təhsil 10 illik idi və bu illər ərzində insan həm sinif yoldaşları, həm də müəllimlər ilə sıx münasibət qururdu. “Son zəng” həmin münasibətlərin bir xülasəsi idi. Sanki bütün hadisələri, anları göz önünə gətirir, dəyərləndirirdin. Elə bil ki, yeni bir həyata, hələ bəlli olmayan bir prosesə atılırdın. Müstəqil həyata ilk addım kimi hiss edilirdi. Zamanla bu hisslər dəyişir, baxış bucağın da fərqli olur.

“Son zəng”ə münasibətim bugünkü gənclərlə eyni olmaya bilər. İndiki gənclər müstəqil Azərbaycanda, milli bayrağın altında təhsil alırlar. Ölkəmizdə artıq milli bir təhsil sistemi var. Gənclərimizin imkanları daha genişdir, çünki onlar müstəqil bir ölkənin vətəndaşlarıdır. Bu baxımdan əvvəlki dövrlə indiki arasında ciddi fərq var.

Lənkəran rayonu 2 nömrəli tam orta məktəbi bitirmişəm. Xatırladığım budur ki, “Son zəng” üçün böyük bir poema yazmışdım. Həmin əsər yerli mətbuat orqanlarında dərc olunmuşdu. Hətta sonradan öyrəndim ki, tanınmış jurnalistlərdən biri bu poemanı əzbərləyib və məktəb tədbirlərində səsləndirib.

Bu günün məzunlarına demək istədiklərim odur ki, zamanı düzgün dəyərləndirin. Həyatın sizə verdiyi imkanlardan səmərəli istifadə edin. Seçdiyiniz peşənin bu gün deyil, 30 ildən sonra sizə nə verəcəyini düşünərək qərar verin. Emosiyalarla deyil, düşüncə ilə hərəkət edin. Dəyərlərinizi qoruyun. Müasirlik adı altında təqdim edilən hər şeyə tənqidi yanaşın. Mühafizəkar düşüncəyə sahib olun, amma müasir texnoloji biliklərlə silahlanaraq gələcəyə addımlayın”.

“O illərə qayıdası olsaydım, müəllimlərimə daha çox diqqət göstərərdim”

Milli Məclisin deputatı Ceyhun Məmmədov:

“Hər bir gəncin yaddaşında “Son zəng” dərin izlər buraxır. Həmin dövrdə məktəbdən, müəllimlərimizdən ayrıldıq. “Son zəng” təkcə məktəblə vidalaşmaq deyil, həm də bir mərhələdən növbəti mərhələyə keçiddir. İnsan həmin anda təkcə müəllimlərini, sinif yoldaşlarını geridə qoymur, uşaqlığını, müəyyən hisslərini arxada qoyur və müəyyən mənada həyatında yeni bir səhifə açılır. Bu keçid bir tərəfdən təəssüf doğurur, yeni bir ayrılıq, bir boşluq hissi yaranır. Digər tərəfdən isə fərqli yanaşmaların, yeni fürsətlərin qapısı açılır.

Müəllimlərimizin hər biri bizim üçün çox dəyərlidir. Onları bu gün də minnətdarlıqla xatırlayırıq. O illərə qayıdası olsaydım, bəlkə də çox şeyi dəyişməzdim. Amma bir şeyi mütləq edərdim. Müəllimlərimizə daha çox diqqət göstərər, onlara daha fərqli münasibət sərgiləyərdim.
Gənclərə tövsiyəm budur ki, məktəblə bağlarını heç vaxt itirməsinlər, müəllimlərini unutmasınlar: Onları daim yad etsinlər, hörmətlə xatırlasınlar və həm məktəblərinə, həm də müəllimlərinə hər zaman arxa olsunlar. Bu, onların həyatında dərin iz buraxacaq və gələcək uğurlarına da müsbət təsir göstərəcək”.

“Həm sinif yoldaşlarımızla, həm də müəllimlərimizlə vidalaşmaq bizim üçün çətin idi”

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova:

““Son zəng” hər kəsin yaddaşında kövrək və sevinc dolu hisslərlə iz buraxır. Həm sinif yoldaşlarımızla, həm də müəllimlərimizlə vidalaşmaq bizim üçün çətin idi. Artıq yeni, müstəqil bir həyata qədəm qoyur, tamamilə fərqli bir mərhələyə keçirdik. O insanların artıq hər gün yanında olmaması, onlarla gündəlik ünsiyyətdə olmamaq ilk vaxtlar insana ağır gəlirdi. Amma zaman keçdikcə yenidən bir araya gəlmək fürsətləri yaranır.

“Son zəng”in hər bir insanın həyatında xüsusi yer tutur. Bu mərhələ yeni seçimlərin, arzuların və ideyaların başlanğıcıdır. Məzun bu mərhələdə özünə suallar verir. Mənim həyat yolum necə davam edəcək? Nədən başlayacağam? Hansı məqsədlərim var? Gözləntilərim nədən ibarətdir? Bu suallara verilən doğru cavab onun gələcəyini müəyyən edir. Məzunlar özlərinə inanmalı, heç vaxt ruhdan düşməməlidirlər. Unutmasınlar ki, hər bir kiçik uğur böyük nailiyyətlərin başlanğıcı ola bilər”.

Şərhlər

Xəbər lenti

6 iyul, 12:40

İtaliyalı rəssam SABAH tələbələrinə təlim keçib 

5 iyul, 22:23

İdman məktəblərində velosiped bölmələri yaradılır

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

4 iyul, 18:14

Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun mövcud vəziyyəti açıqlanıb

4 iyul, 18:12

Bağça yaşlı uşaqların 38,2 faizi məktəbəqədər təhsilə cəlb olunub

4 iyul, 18:11

Bağça müəllimlərinin 3 faizi diaqnostik qiymətləndirmədə 50-dən çox bal toplayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.