Bütün xəbərlər
24 iyul, 12:10

Sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərən müəllimlər yenidən bir aradadır. Amma bu dəfə tamam başqa bir səbəbdən – istirahət üçün təbiətin qoynuna toplaşıblar. 

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşəbbüsü, Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqının (ETİHİ) dəstəyi ilə ölkənin müxtəlif bölgələrindən olan 50 müəllim hazırda Nabrandakı Təhsil İstirahət Mərkəzində istirahət edir. İyulun 21-dən başlayan istirahət proqramı 27-dək davam edəcək. Bu müddətdə onlar istirahət etməklə yanaşı, peşəkar ünsiyyət imkanı da əldə edəcəklər.

“Azərbaycan müəllimi” Təhsil İstirahət Mərkəzində dincələn müəllimlərlə söhbət edərək onların təəssüratlarını öyrənib.

Yeni həmkarlar, fikir və təcrübə mübadilə imkanı 

İsti yay günlərini kölgələməyə çalışan məkanda insanlar istirahətin dadını çıxarırdılar. Mərkəzin təmiz, səliqəli yaşıllığı diqqət çəkirdi. Mərkəzdə istirahət edənlərin sayı çox olsa da, onların arasında müəllimlər xüsusi  diqqət çəkirdilər. Müəllimlər öz ixtisaslarına dair söhbət edir, fənlərarası əlaqə və qarşılıqlı uyğunluqları müzakirə edirdilər. Nəticə olaraq isə bu peşəni sevdiklərini və sevgini şagirdlərinə olduğu kimi çatdırmağın vacibliyini vurğulayırdılar.

“Yeni dərs ilinə daha enerjili başlayacağam”

Söhbətə şagirdlərinə düsturları həyatla əlaqələndirdiyini deyən müəllim Fuad Əsədovla başlayırıq. İlk olaraq “Bilirsiniz, bu istirahət bizə necə gözəl təsir edir?!” – deyir.

Fuad müəllim Salyan rayonu, Qarabağlı kəndindəki Nəsimi Xəlilov adına 1 nömrəli tam orta məktəbdə 8 ildir ki, riyaziyyat fənnini tədris edir.

“Yayın bu qızmar günlərində istirahətimiz çox gözəl keçir. Hər şey yüksək səviyyədə təşkil olunub. Bu bizə üçün həm fiziki, həm də zehni baxımdan müsbət təsir göstərir.
Həmkarlarla tanış olub təcrübə mübadiləsi aparmaq fürsətindən yararlandım. Yeni dərs ilinə daha enerjili başlayacağam. Burada olduğumuz müddətdə intellektual yarış, stolüstü tennis və voleybol yarışlarında da iştirak etmişəm”.

“Bu istirahət bizə göstərilən qayğının nümunəsidir”

Fuad müəllimlə söhbəti tamamladıqdan sonra dilin daim yeniliklərə açıq olduğunu və dilimizə daxil olan neologizmlərin uğurla mənimsənildiyini düşünən Zərifə Xasayeva ilə söhbətə davam edirik.

Zərifə müəllim 7 ildir ki, Samux rayonu, Köbər kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir.

“Bu istirahətin təşkili bizə - təhsil işçilərinə göstərilən qayğının bariz nümunəsidir. İlk gündən hər cür şəraitin yaradıldığını gördük.
Otaqların şəraiti, qidalanma, hovuzun təmizliyi, dənizə çıxış üçün servisin, asudə vaxtların musiqi və intellektual oyunlarla təşkil edilməsi təqdirəlayiqdir.
Əminəm ki, bu diqqət müəllimləri daha səmərəli çalışmağa sövq edəcək. AGMA və ETİHİ-yə təşəkkür edirik”.

Həm fiziki, həm mənəvi istirahət

İstirahətdən razı qalan digər müəllim Şahnaz Mirzəxanlı isə 9 ildir ki, Ağcabədi rayonu, Məmməd Aranlı adına 11 nömrəli məktəbdə “Rəqəmsal bacarıqlar”ı tədris edir.

“Vaxtım çox mənalı keçir. Hər bir detal düşünülüb, istirahət və rahatlıq üçün ideal şərait yaradılıb.
Burada özümüzü dəyərli, qiymətləndirilmiş hiss edirik. Təbiət, dostluq mühiti və sosiallaşma imkanları bizə əlavə motivasiya verir.
Müxtəlif bölgələrdən olan həmkarlarla tanışlıq və fikir mübadiləsi bu istirahəti daha da mənalı edir.
Bu 1 həftəlik proqram həm fiziki, həm də mənəvi olaraq dincəlmək, eləcə də yeni biliklər qazanmaq üçün fürsətdir.
Tədbirlər, seminarlar, intellektual oyunlar, tanışlıq görüşləri həm maarifləndirici, həm də əyləncəli xarakter daşıyır. Ən əsası, güclü bağlar yaradır”.

Xoş istirahət, yeni ideyalar

Yavaş-yavaş müxtəlif oyunlar başlayır. Qalib gəlməyə çalışan müəllimlər yarışa hazırlaşırlar. Eltac Əhədov 6 ildir ki, Saatlı şəhəri, Valeri Əsgərov adına 4 nömrəli tam orta məktəbdə fizika və STEAM müəllimi olaraq çalışır.

“Dəniz havası, yaşıllıq, sükut və təbiət insana enerji verir. Bu istirahət mənim üçün sadəcə dincəlmək deyil, həm də işimə yeni ideyalarla qayıtmaq fürsəti verir.

Kitab oxumaq, təbiətdə gəzmək və yeni insanlarla tanış olmaq – bunlar insana ruh verir.

Tədbirlər və tanışlıq görüşləri müxtəlif bölgələrin müəllimləri ilə ünsiyyət və təcrübə paylaşmaq baxımından çox faydalıdır”.

Müəllimlik peşəsinə verilən dəyər

Növbəti söhbətimiz Telli Əsədova ilədir. O, Bakı şəhəri, Nəsimi rayonu, Abdulla Şaiq adına 54 nömrəli məktəbdə çalışır. Rus və ingilis dili müəllimidir. Bu il rus dili üzrə sertifikatlaşdırma imtahanında iştirak edib və dəvət aldığına görə sevinclidir.

Gülnar Əliyeva isə Laçın rayonu, Qaradağlı kənd tam orta məktəbində 10 ildir ki, şagirdlərinə coğrafiyanı öyrədir. O da istirahətin faydasından danışır:

“Göstərilən qayğı və yaradılan şərait təqdirəlayiqdir. Hər şey incə detallara qədər düşünülüb. Düşünürəm ki, burada qurulan dostluqlar da həyatımızda özünəməxsus yer tutacaq”.

Şərhlər

Xəbər lenti

25 iyul, 22:14

Azərbaycan və Gürcüstan nazirləri Quba STEAM Mərkəzində olublar

25 iyul, 18:05

Şahin Bayramov: Prezidentin təşəbbüsü yüksəkixtisaslı kadr hazırlığının stimullaşdırılması baxımından son dərəcə əhəmiyyətlidir

25 iyul, 16:51

Bir məktəbdən 7 qızıl nişan – Uğurlu məzunların hekayələri

25 iyul, 15:48

Tələbə ayda 550 manat təqaüd ala bilər – Nazirin müşaviri 

25 iyul, 15:36

SABAH qruplarına qəbulda buraxılış və qəbul imtahanlarının nəticələri nəzərə alınacaq

25 iyul, 15:17

Nicat Məmmədli: SABAH qrupları yaradılarkən universitetlərin də göstəriciləri əsas götürüləcək

25 iyul, 15:12

Peşə təhsilində ilk: Beynəlxalq sertifikatlı ixtisaslar üzrə tələbə qəbulu başladı

25 iyul, 15:00

Məktəbdə uğur doğum tarixindənmi asılıdır?

25 iyul, 14:57

BSU bu regiondan olan tələbələrinə xüsusi təqaüd verəcək

25 iyul, 14:49

Doktorantura səviyyəsində də SABAH qrupları yaradılacaq

25 iyul, 14:45

Özəl ali məktəblər SABAH proqramına qoşulacaq

25 iyul, 12:55

400 balı necə topladılar? – Məqsədli gənclər uğurlarının sirlərini paylaşırlar

25 iyul, 12:40

“Azərbaycan müəllimi” qəzetinin əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi olub

25 iyul, 12:13

Sabahın hava proqnozu açıqlanıb

25 iyul, 11:07

Məktəblilərimiz Beynəlxalq Fizika Olimpiadasında uğur qazanıblar

25 iyul, 10:49

400 bal toplayan abituriyent: İT mütəxəssisi olmaq istəyirəm

25 iyul, 10:44

SABAH qrupları üzrə ixtisasların istiqamətləri genişlənib – Nazirin müşaviri 

25 iyul, 10:41

Nicat Məmmədli: Artım tələbələrin sosial rifahının daha da yüksəlməsinə səbəb olacaq

25 iyul, 10:19

MDU və İRİA arasında əməkdaşlıq görüşü keçirilib

25 iyul, 09:39

Elm və təhsil naziri Şimali Kiprin milli təhsil naziri ilə görüşüb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.