Bütün xəbərlər
11 iyun, 14:41

İyunun 10-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, Naxçıvan Şəhər İcra Hakimiyyəti  və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə "Karyera sərgisi 2" açılıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, Naxçıvan şəhərinin "Böyük Bağ" adlı ərazisində təşkil olunan sərgi iki gün davam edəcək. 

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, Naxçıvanda keçirilən digər mühüm tədbirlər kimi, karyera sərgisinin də təşkili artıq ənənə halını alıb. Səlahiyyətli nümayəndə qeyd edib ki, Muxtar Respublikada həyata keçirilən islahatlar iqtisadiyyatı, eləcə də digər sahələri əhatə edir. 
“Karyera qurmaq uzun və çətin bir yolun başlanğıcıdır. Bu yol heç də hamar deyil. Hər bir insanın karyera yolunda qarşısına böyük çətinliklər çıxır. Bu çətinliklərin öhdəsindən yalnız əzmlə çalışmaqla gəlmək olar”, –  deyən Fuad Nəcəfli bildirib ki, artıq süni intellekt həyatımıza daxil olub və bir çox sahələrdə insanları əvəz etməyə qadirdir. Əgər bu yeniliklər “yaşıl enerji”, kənd təsərrüfatı, iqtisadiyyat, nəqliyyat infrastrukturu və turizm kimi sahələrdə tətbiq edilsə, böyük uğurlar əldə olunacaq.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, artıq ikinci dəfə keçirilən karyera sərgisinin əsas məqsədi tələbə və məzunları əmək bazarındakı imkanları daha yaxından tanıtmaq, işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq imkanı yaratmaqdır. Sərgi çərçivəsində məzun və tələbələr üçün paytaxtdan dəvət olunmuş peşəkar mütəxəssislər tərəfindən müxtəlif mövzularda təlimlər keçiriləcək. 

Sərgidə 40-dan artıq müəssisə və təşkilat iştirak edir. Ziyarətçilər şirkət nümayəndələri ilə görüşmək, CV-lərini təqdim etmək, təcrübə və iş imkanları haqqında birbaşa məlumat almaq imkanı əldə edirlər.

İki gün ərzində sərgiyə 5000-dən çox tələbə və məzun olmaqla, 7000 ziyarətçinin qatılması gözlənilir. 

1 /7

Şərhlər

Xəbər lenti

12 iyun, 20:27

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsi başlayır

12 iyun, 17:59

Şəhid övladlarının “Məzun Günü” keçirilib

12 iyun, 17:59

Attestat üçün pul yığıldığına dair araşdırmanın nəticəsi açıqlanıb

12 iyun, 17:44

Sertifikatlaşdırma üzrə sınaq imtahanları ilə bağlı iddialara aydınlıq gətirildi

12 iyun, 17:38

Peşə tanınması üzrə növbəti imtahanın keçirilmə tarixi açıqlanıb

12 iyun, 17:31

Müəllimlərin sertifikatlaşdırma uğuru: Maksimum bal toplayanlar danışırlar

12 iyun, 17:27

Sertifikatlaşdırma barədə təlimat imtahanın vaxtına təsir edirmi? – AÇIQLAMA

12 iyun, 17:11

Sertifikatlaşdırma imtahanının sualları necə tərtib edilir?

12 iyun, 17:05

Elm və təhsil naziri "Huawei" şirkətinin rəhbər heyəti ilə görüşüb

12 iyun, 17:02

Sertifikatlaşdırma imtahanları 44 mərkəzdə keçiriləcək

12 iyun, 15:58

BMU-da Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

12 iyun, 15:56

Dövlət Proqramı çərçivəsində oxumaq istəyənlərin NƏZƏRİNƏ!

12 iyun, 15:30

Elə kənd məktəbləri var ki, orada tədris səviyyəsi yüksəkdir  - Məleykə Abbaszadə

12 iyun, 15:27

Zəngəzur məktəbləri – Qəzetimizin arxivindən

12 iyun, 15:26

Elnur Nəsibov: Müasir kitabxana olmasa, tələbə inkişafından söz gedə bilməz

12 iyun, 15:24

Fənn müsabiqələrinin yazı işlərinin yoxlanması prosesi başa çatıb

12 iyun, 15:21

Nazir müavini: Hər bir tələbə üçün informasiya resurslarına əlçatanlıq təmin olunub

12 iyun, 15:05

Stajsız da mümkündür: Naxçıvanda gənclər işlə təmin olunur - REPORTAJ

12 iyun, 14:56

İdmançımız Avropa çempionu oldu

12 iyun, 14:48

Azərbaycan və Çin elm, texnologiya, süni intellekt üzrə əməkdaşlığa dair sənədlər imzalayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.