Bütün xəbərlər
15 sentyabr, 10:10

"Hər il sentyabrın 15-i “Bilik günü” ölkəmizdə xüsusi təntənə ilə qeyd olunur.  Bu il isə bu tarix sizin üçün xüsusilə əlamətdardır. Çünki siz yeni dərs ilinə təkcə yeni ümidlərlə deyil, həm də yeni, ən müasir standartlara cavab verən məktəb binasında başlayırsınız". 

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli "Bilik günü"ndə paytaxtdakı 151 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində müəllim, şagird və valideynlərin qarşısında çıxışı zamanı deyib.

O bildirib ki, ölkə başçısı İlham Əliyev tərəfindən 2026-cı ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir və bu gün II-XI siniflərdə ilk dərslər “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunub: "Xalqımız müstəqil, azad və firavan yaşayır. 30 ildən artıq işğal altında olan torpaqlarımız Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində azad olunub. Biz şəhidlərin əziz xatirəsini hər zaman ehtiramla anır, qazilərimizə cansağlığı arzulayırıq. Bizim ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Hər bir cəmiyyətin tərəqqisinin başlıca amili təhsildir. Bu, ölkələrin inkişafına münasibətdə də belədir. Bu gün ölkəmizdə təhsilin inkişafı sahəsində görülən işlər gələcəyimiz üçün etibarlı əsaslar yaradır".

Nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində ardıcıl və məqsədyönlü islahatların həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu gün doğma Qarabağımızın təhsil müəssisələrində “Bilik günü” xüsusi təntənə ilə qeyd edilir. Ölkənin hər yerində yeni məktəb binaları tikilir, mövcud məktəblər əsaslı təmir olunur, müəllimlərin sosial rifahı yaxşılaşdırılır.

151 nömrəli tam orta məktəb üçün tikilən yeni bina da həmin dövlət qayğısının təzahürüdür. Burada şagirdlərin yüksək bilik almaları, müəllimlərin peşəkar fəaliyyətləri üçün bütün şərait yaradılıb. Geniş  sinif otaqları, müasir laboratoriyalar, idman və akt zalları, kitabxana və informasiya texnologiyaları ilə təchiz olunmuş siniflər gələcəyin savadlı, yaradıcı və dünyagörüşlü vətəndaşlarının yetişməsinə zəmin yaradacaqdır.

Şərhlər

Xəbər lenti

15 sentyabr, 11:42

“Rəqəmsal savadlılıq” mövzusunda təlimlər davam edir

15 sentyabr, 11:29

Güclü geomaqnit qasırğası müşahidə olunur

15 sentyabr, 11:24

Qarabağda “Bilik günü” – FOTOLAR

15 sentyabr, 11:11

“İnsan kapitalı və təhsil” İşçi qrupunun növbəti iclası keçirilib

15 sentyabr, 10:57

Gülən, ağlayan, əsnəyən balacalar – "Bilik günü" fotolarda

15 sentyabr, 10:56

Şirvan məktəbinin müəllimləri vahid geyim formasına keçiblər

15 sentyabr, 10:50

“Bilik günü” müxtəlif ölkələrdə necə başlayır?

15 sentyabr, 10:25

Kəlbəcərdə 33 il sonra ilk zəng çalınıb

15 sentyabr, 10:25

Sağlam qidalanma mədəniyyəti

15 sentyabr, 10:22

Yeni salınacaq Qaraxanbəyli kəndində 2 məktəb və 3 uşaq bağçasının inşası planlaşdırılır

15 sentyabr, 09:55

Azərbaycanın 10 milyonuncu sakini məktəbə başladı – FOTOLAR

15 sentyabr, 09:51

MDU-da müəllimlərin beynəlxalq sertifikasiyaya hazırlığına start verilib

15 sentyabr, 09:47

AzMİU ilə İzmir Bakırçay Universiteti arasında əməkdaşlıq müzakirə olunub

15 sentyabr, 09:37

Həsən Həsənli: İldən-ilə məktəblərimizin uğurlarının artdığını görürük

15 sentyabr, 09:37

Gəncədə tam orta ümumtəhsil müəssisəsi təmirdən sonra istifadəyə verilib

15 sentyabr, 07:30

15 Sentyabr "Bilik günü"dür

14 sentyabr, 17:18

Prezident Qarabağ Universiteti Klinikasının və yeni tədris korpusunun açılışında iştirak edib

13 sentyabr, 15:22

Yeni tədris ilinin ilk dərsi bu mövzuya həsr olunacaq

13 sentyabr, 13:30

Uşaq evi sosial xidmət müəssisələrində 33 uşaq birinci sinfə başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.