Bütün xəbərlər
15 sentyabr, 11:42

Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad olunmuş ərazilərə geri qayıdan əhali üçün “Rəqəmsal savadlılıq” mövzusunda təlimlər uğurla davam etdirilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, təlimlər hazırda Ağdərə, Xocalı, Xankəndi və Şuşa şəhərlərində həyata keçirilir və mərhələli şəkildə digər yaşayış məntəqələrini də əhatə edəcək. Layihənin əsas məqsədi işğaldan azad olunmuş ərazilərə köçürülən və orada məskunlaşan vətəndaşların müasir texnologiyalardan istifadəyə dair rəqəmsal bilik və bacarıqlarını artırmaqdır.

Təlim proqramına XXI əsr üçün zəruri olan rəqəmsal bacarıqlar, informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə əsas kompetensiyalar, “Google” alətləri ilə işləmək, rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizlik qaydaları, elektron hökumət xidmətləri eləcə də Azərbaycan Təhsil Şəbəkəsinin veb-layihələri və digər innovativ istiqamətlər üzrə mövzular daxildir. Sessiyalar əsasən praktiki məşğələlər şəklində təşkil olunur ki, bu da iştirakçılara öyrəndiklərini dərhal tətbiq etməyə imkan verir.

Bu mövzuda təlimlərin işğaldan azad olunmuş bütün ərazilərdə mütəmadi olaraq təşkili nəzərdə tutulub.

1 /2

Şərhlər

Xəbər lenti

15 sentyabr, 12:43

Nazir Şuşada “Bilik günü”ndə iştirak edib 

15 sentyabr, 12:19

Qusarın Cibir kəndində yeni məktəb binası istifadəyə verilib 

15 sentyabr, 12:07

İdris İsayev: İstərdik ki, özəl şirkətlərimiz məktəb tikintisində aktiv iştirak etsin

15 sentyabr, 11:56

Nazir müavini: Son 20 ildə 3 500-dən çox məktəb yenidən inşa olunub

15 sentyabr, 11:29

Güclü geomaqnit qasırğası müşahidə olunur

15 sentyabr, 11:24

Qarabağda “Bilik günü” – FOTOLAR

15 sentyabr, 11:11

“İnsan kapitalı və təhsil” İşçi qrupunun növbəti iclası keçirilib

15 sentyabr, 10:57

Gülən, ağlayan, əsnəyən balacalar – "Bilik günü" fotolarda

15 sentyabr, 10:56

Şirvan məktəbinin müəllimləri vahid geyim formasına keçiblər

15 sentyabr, 10:50

“Bilik günü” müxtəlif ölkələrdə necə başlayır?

15 sentyabr, 10:25

Kəlbəcərdə 33 il sonra ilk zəng çalınıb

15 sentyabr, 10:25

Sağlam qidalanma mədəniyyəti

15 sentyabr, 10:22

Yeni salınacaq Qaraxanbəyli kəndində 2 məktəb və 3 uşaq bağçasının inşası planlaşdırılır

15 sentyabr, 10:10

Nazir müavini: Təhsilin inkişafı sahəsində görülən işlər gələcəyimiz üçün etibarlı əsaslar yaradır

15 sentyabr, 10:02

Emin Əmrullayev “Bilik günü” ilə bağlı paylaşım edib

15 sentyabr, 09:55

Azərbaycanın 10 milyonuncu sakini məktəbə başladı – FOTOLAR

15 sentyabr, 09:51

MDU-da müəllimlərin beynəlxalq sertifikasiyaya hazırlığına start verilib

15 sentyabr, 09:47

AzMİU ilə İzmir Bakırçay Universiteti arasında əməkdaşlıq müzakirə olunub

15 sentyabr, 09:37

Həsən Həsənli: İldən-ilə məktəblərimizin uğurlarının artdığını görürük

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.