Bütün xəbərlər
15 sentyabr, 12:19

Sentyabrın 15-də Qusar rayonunun Cibir kəndində inşası tamamlanan 264 şagird yerlik yeni tam orta ümumtəhsil məktəb binası istifadəyə verilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı Azər Badamov, Quba–Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, təhsil sektorunun əməkdaşları, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Müasir təhsil standartlarına uyğun inşa edilən məktəb binası şagirdlərin yüksək səviyyədə təhsil alması üçün zəruri olan bütün şəraitlə təmin olunub. Yeni təhsil müəssisəsində geniş və işıqlı sinif otaqları ilə yanaşı, laboratoriyalar, çağırışaqədərki hazırlıq, əmək təlimi və informatika kabinetləri fəaliyyət göstərəcək. Məktəbdə həmçinin 84 yerlik akt zalı, geniş idman zalı, kitabxana, yeməkxana və açıq idman meydançası da şagirdlərin ixtiyarına verilib.

Bundan əlavə, təhsil müəssisəsində məktəbəqədər hazırlıq üçün xüsusi otağın mövcudluğu kənddə təhsilin bütün pillələrinin kompleks şəkildə təşkilinə imkan yaradacaq.

Yeni təhsil müəssisəsi təkcə Cibir kəndinin deyil, həm də ətraf yaşayış məntəqələrinin şagirdlərinin keyfiyyətli təhsilə çıxışını təmin edəcək. Bu isə uşaqların intellektual, fiziki və sosial inkişafına mühüm töhfə verəcək, kəndin ümumi təhsil səviyyəsinin yüksəldilməsinə şərait yaradacaq.

1 /11

Şərhlər

Xəbər lenti

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

17 oktyabr, 13:43

İnnovativ tədris yanaşmalarını özündə birləşdirən HP IDEA təlimləri davam edir

17 oktyabr, 13:39

AzMİU-da “Tarix Yazan 44 Gün” adlı rəsm sərgisi keçirilib

17 oktyabr, 13:35

ETN vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

17 oktyabr, 12:21

UNEC-də narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.