
“Yeni istifadəyə verilən Hökməli qəsəbə tam orta məktəbi xüsusi layihədir. Bu məktəbin tikintisi dövlət vəsaiti ilə deyil, “NEQSOL Holding Azərbaycan”ın maliyyəsi ilə xüsusi dizaynla müasir tələblərə uyğun tikilib. Şirkət başqa, o cümlədən işğaldan azad olunan ərazilərdə məktəb tikintisi layihələrini də maliyyələşdirir. İstərdik ki, özəl şirkətlərimiz bu təşəbbüsə qoşulsunlar və təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması prosesində aktiv iştirak etsinlər”.
Bunu elm və təhsil nazirinin müavini İdris İsayev “Azərbaycan müəllimi”nə açıqlamasında deyib. Onun sözlərinə görə, məktəbin tikintisi korporotiv sosial məsuliyyət çərçivəsində reallaşıb.
İdris İsayev əlavə edib ki, bu il 50-dən artıq məktəb əsaslı təmir olunub və ya yenidən tikilib. 20 məktəb bilik günü istifadəyə verilib, 6 məktəb isə ilin sonunadək istifadəyə veriləcək. İşğaldan azad edilən məktəblərdə də 11 məktəb istifadəyə veriləcək:
“Təsadüfi deyil ki, ölkənin sosial-iqtisadi inkişaf prioritetlərindən biri insan kapitalı müəyyən edilib. O ölkələr inkişaf edir ki, həmin ölkələrdə təhsilə diqqət var. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində təhsil sahəsində siyasət uğurla davam etdirilir, bir sıra dövlət proqramları icra olunur. Nəticədə təhsilə əlçatanlıq artırılıb, əhatəliliyi genişlənib. Təhsil standartları beynəlxalq standartlara uyğunlaşdırılıb və səriştə əsaslı məzmun proqramları formalaşdırılıb, yeni təhsil texnologiyalarından istifadə olunur. Təbii ki, təhsilin infrastrukturu da müasirləşdirilib və hər il yeni məktəblər istifadəyə verilir”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər