Bütün xəbərlər
11 iyun, 11:30

İyunun 9-da Naxçıvan Dövlət Universiteti və İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə “III Beynəlxalq elmi araşdırmalar və innovasiyar” konqresi keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, konqres müxtəlif ölkələrdən olan tədqiqatçılar arasında əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və elmi yenilikləri geniş auditoriya ilə paylaşmaq məqsədi daşıyıb. Eyni zamanda konqres gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq, onların elm sahəsində daha da ixtisaslaşmasına şərait yaratmaq mahiyyəti kəsb edib. 

Tədbir tədqiqatçılar üçün yalnız bilik və təcrübə mübadiləsi imkanı deyil, həmçinin yeni tədqiqat istiqamətlərinin təməlini qoymaq üçün də əhəmiyyətli bir platforma olub. Burada elmi etik prinsiplərə uyğun olaraq hazırlanan məqalə və tezislərin müzakirəsi və təqdimatı həyata keçirilib.

Konqresin açılış tədbirində Naxçıvan Dövlət Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov, Naxçıvan Dövlət Universitetinin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) Azərbaycan ofisinin rəhbəri Əlvan Cəfərov, AMEA Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Naxçıvan Dövlət Universitetinin Magistratura və Doktorantura Mərkəzinin direktoru Çapay Quliyev məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, konqres 9-11 iyun tarixlərində üz-üzə və onlayn formada bölmə iclasları ilə davam edəcək. Bölmə iclaslarında ümumilikdə 17 ölkədən 600-ə yaxın təqdidqatçı tərəfindən 210 tədqiqat üzrə məruzələr dinləniləcək. 

1 /10

Şərhlər

Xəbər lenti

12 iyun, 20:27

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsi başlayır

12 iyun, 17:59

Şəhid övladlarının “Məzun Günü” keçirilib

12 iyun, 17:59

Attestat üçün pul yığıldığına dair araşdırmanın nəticəsi açıqlanıb

12 iyun, 17:44

Sertifikatlaşdırma üzrə sınaq imtahanları ilə bağlı iddialara aydınlıq gətirildi

12 iyun, 17:38

Peşə tanınması üzrə növbəti imtahanın keçirilmə tarixi açıqlanıb

12 iyun, 17:31

Müəllimlərin sertifikatlaşdırma uğuru: Maksimum bal toplayanlar danışırlar

12 iyun, 17:27

Sertifikatlaşdırma barədə təlimat imtahanın vaxtına təsir edirmi? – AÇIQLAMA

12 iyun, 17:11

Sertifikatlaşdırma imtahanının sualları necə tərtib edilir?

12 iyun, 17:05

Elm və təhsil naziri "Huawei" şirkətinin rəhbər heyəti ilə görüşüb

12 iyun, 17:02

Sertifikatlaşdırma imtahanları 44 mərkəzdə keçiriləcək

12 iyun, 15:58

BMU-da Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

12 iyun, 15:56

Dövlət Proqramı çərçivəsində oxumaq istəyənlərin NƏZƏRİNƏ!

12 iyun, 15:30

Elə kənd məktəbləri var ki, orada tədris səviyyəsi yüksəkdir  - Məleykə Abbaszadə

12 iyun, 15:27

Zəngəzur məktəbləri – Qəzetimizin arxivindən

12 iyun, 15:26

Elnur Nəsibov: Müasir kitabxana olmasa, tələbə inkişafından söz gedə bilməz

12 iyun, 15:24

Fənn müsabiqələrinin yazı işlərinin yoxlanması prosesi başa çatıb

12 iyun, 15:21

Nazir müavini: Hər bir tələbə üçün informasiya resurslarına əlçatanlıq təmin olunub

12 iyun, 15:05

Stajsız da mümkündür: Naxçıvanda gənclər işlə təmin olunur - REPORTAJ

12 iyun, 14:56

İdmançımız Avropa çempionu oldu

12 iyun, 14:48

Azərbaycan və Çin elm, texnologiya, süni intellekt üzrə əməkdaşlığa dair sənədlər imzalayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.