Bütün xəbərlər
11 avqust, 14:48

Yüksək nəticə ilə Naxçıvan Dövlət Universitetinə qəbul olan tələbələr üçün xüsusi təqaüd proqramları tətbiq olunur. 

Universitetin mətbuat xidmətindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, ən yüksək bal toplayan tələbələr aylıq 800 manatadək təqaüd imkanı əldə edirlər. 

Bu məbləğə Prezident təqaüdü (350 AZN), əlaçı təqaüdü (200 AZN), həmçinin yüksək bal toplayan abituriyentlər üçün nəzərdə tutulan əlavə təqaüdlər daxildir. Eləcə də universitetdə 650 və daha çox bal toplayan tələbələr 250 manat, 600-649 bal nəticə göstərənlər isə 200 manat məbləğində aylıq təqaüd ala bilərlər. 

Həmçinin 600-dən yuxarı bal toplayan tələbələr NDU-nun Tələbə Evindən ödənişsiz olaraq yararlanmaq imkanı əldə edirlər.
Ali təhsil ocağında Prezident təqaüdü ilə yanaşı, “Heydər Əliyev”, “Zərifə Əliyeva”, “Əziz Səncər”, “Üzeyir Hacıbəyov” və digər görkəmli şəxsiyyətlərin adını daşıyan, universitetin Elmi Şurası tərəfindən təsis edilmiş təqaüdlər də mövcuddur.

Eyni zamanda, valideyn himayəsindən məhrum olan tələbələr, şəhid ailəsi statusu olan tələbələr üçün isə xüsusi təqaüd əlavələri nəzərdə tutulur. 
Universitetdə məqsədli təqaüdlər də var. 500 baldan yuxarı nəticə göstərib müəllimlik ixtisasını seçənlərə “Gələcəyin müəllimi” təqaüdü təqdim edilir. Həmçinin sahibkar təqaüdləri, hüquqşünaslıq, stomatologiya və bir neçə başqa ixtisaslarda təhsil alan tələbələr üçün də xüsusi  təqaüdlər hər tədris ilində nəzərdə tutulur.
Qeyd edək ki, NDU-nun ümumilikdə 42 fərqli təqaüdü var.

Şərhlər

Xəbər lenti

1 sentyabr, 09:43

Naxçıvanın boksçuları Çində beynəlxalq turnirin qalibi olublar 

1 sentyabr, 09:36

Beynəlxalq Təhsil İcmalı – Avqust 2025

1 sentyabr, 09:31

Məktəb bazarlığı neçəyə başa gəlir?

1 sentyabr, 09:23

ADPU-nun prorektoru: Plan yerlərinin azaldılması müəllim çatışmazlığına səbəb olmayacaq

1 sentyabr, 09:19

Azərbaycanda informatika elminin banisi

30 avqust, 12:16

Xaçmaz rayonu üzrə 650 məzun tələbə oldu

30 avqust, 10:59

Azərbaycanlı Kanzas Dövlət Universitetində yüksək vəzifəyə təyin olunub

30 avqust, 09:08

“Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyat başlayıb

29 avqust, 18:28

MİQ müsabiqəsinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

29 avqust, 17:23

Mühəndislikdə zərif güc: 50 qadın “Zərif mühəndislər”lə real istehsalata addım atdı

29 avqust, 17:01

İndiyədək 59 000-dən çox təhsil krediti müqaviləsi rəsmiləşdirilib – TTKF

29 avqust, 16:59

Peşə təhsili müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi başlayıb

29 avqust, 16:52

Evdə təhsil ləğv olunmayıb – RƏSMİ AÇIQLAMA

29 avqust, 16:26

ICPC dünya finalının direktoru: Azərbaycan 6 aya hazırlıq görən ilk ölkədir – MÜSAHİBƏ

29 avqust, 15:40

ADNSU rəhbərliyi Vorvik Universitetində tədqiqat mərkəzləri ilə tanış olub

29 avqust, 14:51

ADPU-da “Mexanikada yeni trendlər” adlı elmi konfrans keçiriləcək

29 avqust, 14:47

Mil-Muğan regionunun 41 məktəbində tikinti və təmir işləri aparılır

29 avqust, 14:33

Region məktəbinin bütün məzunları tələbə oldu

29 avqust, 14:20

Lisey və gimnaziyalara II mərhələ üzrə qəbul nəticələri AÇIQLANDI

29 avqust, 14:08

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə imtahan keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.