Bütün xəbərlər
17 yanvar, 16:54

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri elan olunub. Bu nəticələrə əsasən, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin 977 şagirdi yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb. Bu şagirdlərin 6-sı maksimum nəticə əldə edib. 

"Azərbaycan müəllimi" həmin şagirdlərin bir neçəsi ilə həmsöhbət olub.

“Özünəinamım sonsuzdur”

İlk müsahibimiz Salyan rayon Nəsimi Xəlilov adına Qarabağlı kənd 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Abel Fərəcovdur. O, builki fənn olimpiadalarının yarımfinal mərhələsinə həm riyaziyyat, həm də informatika fənləri üzrə qatılacaq.  

Abel deyir ki, riyaziyyata olan marağı onu bu fənn üzrə olimpiadada iştiraka həvəsləndirib:

“Məni bu yola təşviq edən həm də atamdır. 2022-2023-cü tədris ilində riyaziyyat fənni üzrə Respublika fənn olimpiadasında bürünc medal qazanmışam, həmçinin bir neçə beynəlxalq olimpiadada da iştirak etmişəm. Özünəinamım sonsuzdur, növbəti tura hazırlaşıram. Qardaşım İsmayıl 10-cu sinifdə oxuyur, o da mənim kimi riyaziyyat və informatika fənnindən növbəti mərhələyə vəsiqə qazanıb".

“Direktorumuz məni olimpiadalara hazırlıq mərkəzinə yönəltdi”

Daha bir maksimum nəticə əldə edən şagird Ramil İskəndərli Hacıqabul şəhər V.Quliyev adına 6 nömrəli tam orta məktəbinin 11-ci sinif şagirdidir:

"Hər il məktəb rəhbərliyi tərəfindən istedadlı şagirdləri aşkarlamaq üçün sınaq imtahanları təşkil edilir. Sınaq imtahanından yüksək nəticə göstərdim. Direktorumuz məni Regional Təhsil İdarəsinin təşkil etdiyi olimpiadalara hazırlıq mərkəzinə yönəltdi. Olimpiada mərkəzində hazırlıq ödənişsiz həyata keçirilir. Bununla yanaşı, bir çox  “YouTube” kanallarındakı dərsləri dinləyirəm. Qeyd edim ki, əvvəlki illərdə finala vəsiqə qazanmışam, ancaq qalib olmamışam. Robotexnika sahəsinə də böyük marağım var. Bir çox sahələr üzrə qalib olmuşam. Biologiya üzrə olimpiadanın yarımfinal turuna müəllimimizin köməyi ilə hazırlaşıram".

“Vaxtımı hər zaman düzgün bölürdüm” 

Növbəti müsahibimiz Zəhra Babazadə Biləsuvar rayonunun Amankənd orta məktəbində təhsil alır. O, olimpiada nəticələrinə görə həm məktəb rəhbərliyinə, həm də müəllimlərinə təşəkkür edir:

"Hazırda 9-cu sinifdə oxuyuram. İbtidai sinifdən hər zaman dərslərimi həvəslə oxumuşam. Müəllimlərimə minnətdaram. Həm müəllimlərim, həm də məktəb rəhbəri mənə daim dəstək olub. Azərbaycan dili və ədəbiyyat fənninə xüsusi marağım var və bu da mənə olimpiadada iştirak etməyə stimul verdi. Olimpiadaya özüm hazırlaşmışam. Bu, mənim üçün ilk deyil. Keçən ildən bu sahədə təcrübəliyəm. Uğur qazanmaq üçün sistemli çalışmışam. Vaxtımı hər zaman düzgün bölürdüm, elə etdim ki, olimpiadaya qədər bütün mövzuları öyrənib bitirim. Nəticələr açıqlananda çox həyəcanlı idim. Əlbəttə, maksimum bal toplamaq asan bir iş deyil, ələlxüsus olimpiada sahəsində. Çoxlu zəhmət, əzm, diqqət tələb edir. Hazırda yarımfinal mərhələsinə hazırlaşıram. Məqsədim bu dəfə də maksimal bal toplamaqdır".

Qeyd edək ki, Respublika fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsilalma, biliklərə marağı artırmaq və özünəinam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.

Şərhlər

Xəbər lenti

23 oktyabr, 18:18

6600-dən çox müəllimin maaşı 35 faiz artacaq

23 oktyabr, 18:16

Maaşı artırılan müəllimlərin sayı açıqlandı

23 oktyabr, 17:41

2025-ci il üçün təhsilverənlərin sertifikatlaşdırılması və müsahibə mərhələsi bitib

23 oktyabr, 16:55

Direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu başlayıb

23 oktyabr, 15:32

Uşaqlar niyə dərsə həvəslərini itirirlər? -Motivasiyanı gücləndirən amillər

23 oktyabr, 12:35

Tələbə təqaüdləri – Kim daha çox təqaüd alır?

23 oktyabr, 12:03

Daha bir məktəb direktoru vəzifəsindən azad edildi

23 oktyabr, 11:39

Süni intellekt SAF-ın əsas istiqamətlərindən biri olacaq - İqrar Nəzərov

23 oktyabr, 11:35

Ali təhsil pilləsində STEAM tədrisi genişlənir

23 oktyabr, 11:16

Naxçıvanda Zəfər Gününə həsr olunmuş beynəlxalq reytinqli şahmat turniri keçiriləcək

23 oktyabr, 11:08

Daşkəsən rayonunda ümumi təhsil müəssisələrinə baxış keçirilib

23 oktyabr, 11:00

ADPU-da müasir müəllim bacarıqları mövzusunda görüş keçirilib

23 oktyabr, 10:50

BSU-da Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının üzvləri ilə seminar baş tutacaq

23 oktyabr, 10:43

Layihə rəhbəri: STEAM dərsləri müxtəlif proqramlar üzrədir

23 oktyabr, 10:37

Musiqi və incəsənət sahələri üzrə işləmək istəyənlərin NƏZƏRİNƏ

23 oktyabr, 10:25

“Milli Proqram”a qeydiyyat davam edir

23 oktyabr, 09:30

STEAM təlimi bütün fənlərlə inteqrasiya ediləcək

22 oktyabr, 18:53

AzTU-da əcnəbi tələbələr üçün maarifləndirici tədbir keçirilib

22 oktyabr, 18:49

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək - SƏRƏNCAM 

22 oktyabr, 17:25

Şagirdlərin dərsi həqiqətən mənimsədiyini necə öyrənə bilərik? - 5 SADƏ ADDIM

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.