
Azərbaycan Respublikası və Belarus Respublikası arasında imzalanmış memorandum çərçivəsində 23-27 iyun tarixlərində peşə təhsili müəssisələrinin 15 nəfərdən ibarət təhsilverən heyəti Belarus Respublikasının Minsk şəhərində yerləşən təhsil müəssisələrində təlim proqramında iştirak edib.
Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, baytarlıq və aqroservis sahələrinə dair təşkil olunan təlim proqramı Smılaviçı Dövlət Kolleci və Smılaviçı Dövlət Aqrar Kollecində həyata keçirilib və ümumilikdə 36 saatlıq kursu əhatə edib. Təlim proqramı aşağıdakı mövzuları əhatə edib:
Baytarlıq nəzarət sistemləri və epizootik təhlükəsizlik;
Fermer təsərrüfatlarında heyvan sağlamlığına nəzarət və profilaktik tədbirlər;
Aqroservis xidmətlərinin təşkili və innovativ texnologiyaların tətbiqi;
Kənd təsərrüfatı texnikasının diaqnostikası, texniki xidməti və simulyatorlar vasitəsilə idarəetmə üsulları;
Təlim proqramının məqsədi müasir texnologiyaların və qabaqcıl idarəetmə metodlarının tətbiqi ilə tanışlıq, qarşılıqlı təcrübə mübadiləsi və bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarının qiymətləndirilməsi olub.
Təlim müddətində təhsilverənlər həm nəzəri, həm də praktik biliklərə yiyələnərək aparıcı aqrotexniki və baytarlıq müəssisələrinə səfər edib və yerli mütəxəssislərlə fikir mübadiləsi aparıblar.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər