Bütün xəbərlər
8 avqust, 16:27

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki orta məktəblərin şagirdləri üçün “Yay məktəbi” təşkil edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, Şuşadan 30, Füzulidən isə 35 şagird bu proqrama cəlb olunub.

Bu fəaliyyət Şuşa şəhəri 1 nömrəli tam orta və Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə təşkil olunub.

“Yay məktəbi”nin məqsədi şagirdlərin yay tətilini sadəcə istirahət dövrü kimi deyil, həm də inkişaf mərhələsi kimi dəyərləndirməkdir. Onlar bununla həm də biliklərini möhkəmləndirir, yeni bacarıqlar qazanırlar, eyni zamanda, yaradıcılıq potensialları üzə çıxarılır. 

“Yay məktəbi” həm akademik mövzuların təkrarı, həm də sosial və emosional bacarıqların inkişafı üçün əvəzsiz platformadır.

Burada əsas fənlər üzrə möhkəmləndirici dərslər keçirilir, layihə əsaslı öyrənmə fəaliyyətləri, idman tədbirləri, yaradıcılıq emalatxanaları, incəsənət, musiqi və teatr məşğələləri təşkil edilir.

Şuşa şəhər 1 nömrəli tam orta məktəbdən bildirilib ki, məktəbin nəzdində STEAM Mərkəzi yerləşir. Şagirdlər tətil müddətində mərkəzdəki “Cubaro”, “TinkerCad” və “Robotics” kimi müxtəlif təlimlərdə uğurla iştirak edərək sertifikatlar əldə ediblər. “Yay məktəbi” çərçivəsində həmçinin şahmat, müxtəlif idman yarışları, mətbəx bacarıqları, ekskursiyalar və Cıdır düzündə dərslər təşkil olunub.

Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdən verilən məlumata əsasən, “Yay məktəbi”nin təşkili ilk olaraq şagird və valideynlər arasında onlayn sorğunun keçirilməsi ilə  başlayıb. İştirakçıların arzuları, gözləntiləri və maraqları nəzərə alınaraq 35 nəfərlik könüllü qrup formalaşdırılıb. Hər gün 15 dəqiqəlik səhər məşqləri, müxtəlif oyun və yarışlar keçirilir. Günün sonunda isə ən aktiv, əməksevər və yaradıcı şagirdlər "Günün ulduzu" olaraq qiymətləndirilir. Məktəbin balaca üzvləri üçün isə nağıl və film saatları təyin edilir.

1 /13

Şərhlər

Xəbər lenti

22 oktyabr, 18:53

AzTU-da əcnəbi tələbələr üçün maarifləndirici tədbir keçirilib

22 oktyabr, 18:49

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək - SƏRƏNCAM 

22 oktyabr, 17:25

Şagirdlərin dərsi həqiqətən mənimsədiyini necə öyrənə bilərik? - 5 SADƏ ADDIM

22 oktyabr, 15:33

VII sinif şagirdi məktəbin pəncərəsindən yıxılıb - Rəsmi açıqlama

22 oktyabr, 15:31

ABŞ-də yeni məktəb modeli: Hər gün yalnız 2 saat akademik dərs  

22 oktyabr, 15:23

Diaqnostik qiymətləndirmə bağçaların idarəçiliyindəki boşluqları aradan qaldıra bilər - Deputat

22 oktyabr, 15:21

Vüsal Göyüşov: Din təhsili müasir pedaqoji yanaşmalarla zənginləşdirilməlidir

22 oktyabr, 13:12

Rektor: Azərbaycan və Türkiyə universitetləri ortaq gələcək formalaşdırır

22 oktyabr, 13:01

Rektor: Mədrəsə təhsili radikallığın birbaşa mənbəyi deyil

22 oktyabr, 12:55

Zaqatalanın kənd məktəbində işləmək istəyən müəllimlərin NƏZƏRİNƏ

22 oktyabr, 12:05

Məktəb kitabxanaları – Düşünən gəncliyin təməl beşiyi

22 oktyabr, 11:51

Rafael Hüseynov: Sağlam din qədər mükəmməl təhsil də zəruridir

22 oktyabr, 11:42

Təhsilalanlarda din haqqında təsəvvürlərin formalaşmasına diqqət yetirilir - Nazir müavini

22 oktyabr, 11:37

Firudin Qurbanov: Dinlər haqqında məlumatlılıq gənclərdə dinlərə qarşı hörmət formalaşdırır

22 oktyabr, 11:32

Rektor: Dini təhsili müasir çağırışlara uyğun qurmaq lazımdır

22 oktyabr, 11:28

Komitə sədri: Qlobal çağırışlar nəzərə alınmadan uğurlu dini təhsil modeli yaratmaq mümkün deyil

22 oktyabr, 11:25

“Dini təhsil cəmiyyətin sabitliyinə xidmət etməlidir” – Ramin Məmmədov

22 oktyabr, 10:52

Bakıda müasir din təhsili modelləri ilə bağlı beynəlxalq simpozium keçirilir

22 oktyabr, 10:46

AzMİU-da alternativ enerji üzrə innovativ tədqiqatlar genişləndiriləcək

22 oktyabr, 10:07

Mütaliə: Ucqar kənddən başlayan təhsil modeli

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.