Bütün xəbərlər
22 avqust, 10:43

Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin və milli dəyərlərinin Qırğız Respublikasında tanıdılması və azərbaycançılıq ruhunun aşılanması məqsədilə Bişkek şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına 103 nömrəli məktəbdə Azərbaycan dili fənnini tədris edəcək müəllimin işə qəbulu üzrə müsabiqə elan olunur.

Bu barədə “Azərbaycan müəllim”nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Namizəd üçün tələb olunan meyarlar:

• müvafiq ixtisas üzrə ali pedaqoji təhsil; 

• MİQ-də iştirak və ya minimum 3 (üç) il pedaqoji staj;

• multikultural mühitdə işləmək, təşəbbüskarlıq və ünsiyyət bacarıqları;

• xarici dil bilikləri (rus və ya qırğız dili).

Tələb olunan sənədlər:

• şəxsiyyət vəsiqəsinin surəti;

• ali təhsil haqqında diplomun surəti;

• tərcümeyi-hal (CV);

• əmək kitabçasının surəti (əgər varsa);

• tövsiyə məktubu (əgər varsa);

• motivasiya məktubu (müsabiqədə iştirak məqsədini izah edən).

Müsabiqə üzrə mərhələlər:

- I mərhələ - müraciətlərin qəbulu və sənədlərin yoxlanılması;

- II mərhələ - pedaqoji fəaliyyətin qiymətləndirilməsi (müsahibə və ya dərs təqdimatı);

- ⁠III mərhələ - Müsabiqə komissiyası tərəfindən yekun qərarın verilməsi.

Əmək müqaviləsinin müddəti:

• 1 (bir) tədris ili. 

Müəllimin əməkhaqqı Qırğız Respublikası tərəfindən, digər xərclər isə Azərbaycan Respublikası tərəfindən qarşılanacaqdır.

Son qeydiyyat tarixi: 28 avqust 2025-ci il, 21:00

Müraciət ünvanı: irm@arti.edu.az

Şərhlər

Xəbər lenti

22 avqust, 11:47

Tədris digər dillərdə aparılan V-VI siniflərdə Azərbaycan tarixi dövlət dilində keçiriləcək

22 avqust, 11:43

Yeni dərs ilinin tədris planlarına dair QEYDLƏR

22 avqust, 11:31

Məktəbəhazırlıq qruplarında uşaq sıxlığı necə müəyyənləşdirilir? 

22 avqust, 11:14

MİQ üzrə növbəti vakansiya seçimi mərhələsinə start verilib

22 avqust, 11:11

Yeni dərs ilinin tədris planları təsdiqlənib – ƏMR

22 avqust, 11:07

İlk altı ayda 28 nəfərə professor elmi adı verilib

22 avqust, 11:02

NDU-nun 11 tələbəsi beynəlxalq mübadilə proqramında iştirak hüququ qazanıb

22 avqust, 10:41

Azərbaycanlı olimpiadaçı nüfuzlu universitetə qəbul oldu

22 avqust, 10:38

Məktəbdə işləmək istəyənlərin nəzərinə: vakansiyalar var

22 avqust, 10:11

Məktəblərdə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayır

22 avqust, 09:47

Məktəblərdə metodik xidmətin təkmilləşdirilməsi ilə bağlı görüş keçirilib

22 avqust, 09:42

Peşə təhsili müəssisələrinə işə qəbul üçün vakansiya seçimi başlayıb

22 avqust, 09:38

EATDA ilə ADNSU nümayəndə heyəti arasında görüş keçirilib

22 avqust, 09:30

“Uşaqları başqalarının yanında alçaltmaq olmaz” – Qabaqcıl müəllimlər danışır

21 avqust, 18:20

MİQ-in müsahibə mərhələsinin II günü

21 avqust, 18:07

Naxçıvanda Regional Ailə mərkəzləri yaradılacaq

21 avqust, 17:52

Xətai rayonundakı yanğın məktəb ərazisində baş verməyib

21 avqust, 16:53

450 min təhsil işçisinə güzəştli kart veriləcək

21 avqust, 16:41

Elm və təhsil işçilərinə 19 minə yaxın yollayış verilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.