Bütün xəbərlər
6 fevral, 23:44

Son illər texnologiya insan beyninin funksiyalarına təsir edir. Bu təsir o qədər güclüdür ki, bəziləri bunu "rəqəmsal amneziya" adlandırırlar. Bəs həqiqətən, internet və süni intellekt insan yaddaşını zəiflədirmi?

İnsanlar gündəlik həyatda texnologiyadan geniş şəkildə istifadə edirlər. Lakin bəzən bu asılılıq onların ən sadə məsələləri həll etmək bacarığını zəiflədir. Məsələn, uzun illər eyni marşrut üzrə avtomobillə hərəkət edən biri anidən naviqasiya (GPS) proqramı işləmədikdə ona məlum olan bir ərazinin yerini tapmaqda çətinlik çəkə bilər. Bu kimi hallar bizi texnologiyanın yaddaşımıza və gündəlik bacarıqlarımıza təsiri barədə düşünməyə vadar edir.

Araşdırmalar göstərir ki, insanlar GPS-dən istifadə etdikdə marşrutları daha az yadda saxlayırlar. Harvard Universitetinin psixoloqu Daniel Şakter bildirir ki, "internet yaddaşımızı zəiflədir" kimi fikirlər mübahisəlidir, lakin texnologiya beynimizin aktiv qalmasına əsaslı şəkildə təsir edir.

“Google effekti”

2011-ci ildə aparılan araşdırmada məlum olub ki, insanlar sualların cavabını internetdə axtarmağa daha meyillidirlər. Bu fenomenə "Google effekti" deyilir. Daha sonrakı araşdırmalar isə bəzi ilkin mülahizələrin mübahisəli olduğunu göstərsə də, fakt budur ki, internet bizim informasiya toplama metodlarımızı getdikcə dəyişdirir.

Süni intellekt alətləri insan beynini məlumat saxlama və istifadə formalarını əhəmiyyətli dərəcədə dəyişir. Məsələn, süni intellektin "hallüsinasiya" adlanan hadisəsi mövcuddur: O, real olmayan faktları inandırıcı formada təqdim edir. Bu, xüsusilə məlumat axtarışında və ya akademik məqalələrin yazılmasında problem yarada bilər. Süni intellektdən bir tarixi şəxsiyyət haqqında məqalə yazmağı istədikdə o, həmin şəxsə aid olmayan sitatlar və ya heç mövcud olmayan kitab adları təqdim edə bilər. Başqa bir nümunə isə tibbi məsləhətlərlə bağlıdır: Bəzi hallarda süni intellekt səhv məlumat verərək olmayan bir xəstəliyin müalicəsi üçün mövcud olmayan dərman tövsiyə edə bilər. Bu cür hallar texnologiyanın etibarlılığına dair suallar yaradır və istifadəçilərin əldə etdikləri məlumatları yoxlamalarının vacibliyini vurğulayır.

Yaddaşımızı necə qoruyaq?

Beynimiz mütəmadi olaraq informasiyanı süzgəcdən keçirir və saxlama strategiyaları işlədir. Alimlər yaddaşı gücləndirmək üçün bu məsləhətləri verir:

  • Əlyazısı: Qeydləri əlyazısı ilə etdikdə beyin məlumatı daha möhkəm yadda saxlayır;
  • Təkrarlama: Yadda saxlamaq istədiyimiz informasiyanı müəyyən fasilələrlə yenidən nəzərdən keçirmək;
  • Mütaliə: Kitab oxumaq yaddaşı gücləndirir və zehni çevikliyimizi artırır.

Beləliklə, beynimiz böyük məlumat yükü ilə müdafiə mexanizmləri yaratsa da, internet və süni intellektə tam etibar etmək yaddaşımızın zəifləməsinə gətirib çıxara bilər. 

Mənbə: https://doi.org/10.1038/d41586-025-00292-z 

Şərhlər

Xəbər lenti

24 oktyabr, 10:00

Müəllim adı – Qəzetin arxivindən

24 oktyabr, 09:02

Ən ucuzu 1, ən bahalısı 600 manatdır - Naxçıvandakı sərgidən REPORTAJ

23 oktyabr, 21:26

Tərbiyəçi-müəllim olmaq istəyənlərin nəzərinə 

23 oktyabr, 20:24

1413 bağça müdiri diaqnostik qiymətləndirilmədən keçiriləcək

23 oktyabr, 18:18

6600-dən çox müəllimin maaşı 35 faiz artacaq

23 oktyabr, 18:16

Maaşı artırılan müəllimlərin sayı açıqlandı

23 oktyabr, 17:41

2025-ci il üçün təhsilverənlərin sertifikatlaşdırılması və müsahibə mərhələsi bitib

23 oktyabr, 16:55

Direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu başlayıb

23 oktyabr, 15:32

Uşaqlar niyə dərsə həvəslərini itirirlər? -Motivasiyanı gücləndirən amillər

23 oktyabr, 12:35

Tələbə təqaüdləri – Kim daha çox təqaüd alır?

23 oktyabr, 12:03

Daha bir məktəb direktoru vəzifəsindən azad edildi

23 oktyabr, 11:39

Süni intellekt SAF-ın əsas istiqamətlərindən biri olacaq - İqrar Nəzərov

23 oktyabr, 11:35

Ali təhsil pilləsində STEAM tədrisi genişlənir

23 oktyabr, 11:16

Naxçıvanda Zəfər Gününə həsr olunmuş beynəlxalq reytinqli şahmat turniri keçiriləcək

23 oktyabr, 11:08

Daşkəsən rayonunda ümumi təhsil müəssisələrinə baxış keçirilib

23 oktyabr, 11:00

ADPU-da müasir müəllim bacarıqları mövzusunda görüş keçirilib

23 oktyabr, 10:50

BSU-da Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının üzvləri ilə seminar baş tutacaq

23 oktyabr, 10:43

Layihə rəhbəri: STEAM dərsləri müxtəlif proqramlar üzrədir

23 oktyabr, 10:37

Musiqi və incəsənət sahələri üzrə işləmək istəyənlərin NƏZƏRİNƏ

23 oktyabr, 10:25

“Milli Proqram”a qeydiyyat davam edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.