
13 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları layihəsi ilə “Bayraktar Teknoloji Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali təhsil müəssisələri ilə iş sektorunun müdiri, SABAH qrupları İcra Komitəsinin rəhbəri SABAH qrupları layihəsinin İcra Komitəsinin rəhbəri Elza Səmədova və “Bayraktar Teknoloji Azərbaycan” MMC-nin direktoru Hüseyin Topuz iştirak ediblər. İmzalanmış memorandum elm və təhsil sahəsində birgə fəaliyyətlərin genişləndirilməsini, tələbələr üçün təcrübə imkanlarının artırılmasını və innovativ layihələrin icrasını nəzərdə tutur.
Əməkdaşlıq tərəflər arasında uzunmüddətli və sistemli bir tərəfdaşlığın qurulmasına xidmət edəcək, ali təhsil müəssisələri ilə sənaye arasında körpü rolunu oynayacaq. Bu təşəbbüs həmçinin tələbələrin əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmalarına şərait yaradacaq.
Bu əməkdaşlıq Azərbaycan təhsil sistemində tətbiqi biliklərin artırılmasına, tələbələrin real iş mühitində təcrübə qazanmasına və innovasiya yönümlü kadr hazırlığına töhfə verəcək.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər