
"Azərbaycanda ailələr, əsasən, oğlan övladlarına təhsil sahəsində maliyyə ayırırlar".
“Azərbaycan müəllimi” Teleqraf.az-a istinadən xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov İƏT həftəsi çərçivəsində Qadınlar Forumunun "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" adlı panel sessiyasında deyib.
O bildirib ki, bu istiqamətdə Elm və Təhsil Nazirliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində layihələr həyata keçirir:
"Təhsil almış qadın təhsilli ailə deməkdir. Nazirlik Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edir. Təhsil Fondu Gənc qızların təhsilə cəlbi üçün 1,2 milyon manat vəsait ayrılıb və bundan 350 qız yararlanıb. Azərbaycan təhsil sistemi ölkənin ən böyük sistemlərindən biridir. 1,6 milyon şagird, xeyli sayda tələbələrimiz var. Ümumi təhsil səviyyəsində 46, universitet səviyyəsində 52,1 faiz qızlar təhsil alır. Peşə təhsili sahəsində də təhsilalanların 36 faiz qızdır. Elm və Təhsil Nazirliyi hədəfləyir ki, onların sayı 40 faiz olsun".
E.Nəsibov Azərbaycan hökumətinin təhsilə dəstəyindən də danışıb:
"Ailələr daha çox maliyyəni oğul övladına yönləndirir. Azərbaycanda Təhsil Tələbə Kredit Fondu yaradılıb. 2023-2024 cü illərdə 57% qız tələbə (26,655 nəfər), 2024-2025-ci illərdə isə 61% qız tələbə (28,763 nəfər) kredit əldə edib. Azərbaycan hökuməti özəl sektora dəstək verir ki, iqtisadiyyat daha da inkişaf etsin. Qeyri-ənənəvi sahələrə qızları təşviq etmək istiqamətində layihələrimiz var. Regionlarda gənc qızların təhsilə cəlb olunması istiqamətində də işlərimiz davam edir".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər